Şalğam, zərdəçal və kələm
Qaraciyərin ənzimlərini artıran və xərçəng hüceyrələrinin inkişafına mane olan bir çox tərəvəz var. Şalğam, tərəvəz suyunda tez-tez istifadə olunur və yağların həzm olunması baxımından faydalıdır. Zərdəçal isə anti-kanserojen və anti-enflamatuar xüsusiyyətə malikdir. Qaraciyəri təmizləməyə kömək edir. Hər litr tərəvəz suyu üçün 1 yemək qaşığı zərdəçal istifadə edin.
Ənginar, limon və alma
Ənginar, qaraciyəri qoruyan xüsusiyyəti ilə tanınır. Alma qaraciyərin funksiyalarına müsbət təsir edir. Limon bədənin yağı həzm etməsinə kömək edir.
Yulaf, zəncəfil və kərəviz
Kərəviz, təmizləyici xüsusiyyəti sayəsində mükəmməl tərəvəzdir. Qaraciyər və öd kisəsi funksiyalarına müsbət təsir edir, böyrəklər üçün də faydalıdır. Tərəvəz suyuna gözəlqoxu verir. Tərəvəz suyu, yulafın lif tərkibi bədəni toksinlərdən təmizləməyə kömək edir. Zəncəfil bədənin yağları həzm etməsini asanlaşdırır. Beləliklə, qaraciyərin işini asanlaşdırır.