Lavanda yağı
Lavanda yağı, arının zəhərini asanlıqla yox edir. Arının sancdığı bölgəyə 1-2 damla lavanda yağı damladın. Bir neçə dəqiqə sonra ağrı azalmağa başlayacaq.
Soda və sirkə
Bir miqdar sodanı, sirkəni, su ilə məcun halına düşəcək formada qarışdırın. Əldə etdiyiniz məcunu, sancılmış bölgəyə çəkib 30 dəqiqə gözləyin. Soda və sirkə, arının iynəsində olan zəhəri təsirsiz hala salacaq.
Sarımsaq
1-2 diş sarımsağı suyunu alana qədər əzib, yaranın üstünə basın. Daha sonra nəmli dəsmalla bağlayıb 20-30 dəqiqə gözləyin. Sonra yaranı su ilə durulayın.
Soğan
Soğan arı sancması daxil bir çox sancma üçün faydalıdır. Bir soğanı ortadan ikiyə bölün və sulu hissəsini yaranın üstünə basdırın. Ağrının qısa müddətə keçdiyini görəcəksiniz.