Təmiz və düzgün cərgə ilə düzülən dişlər bədənin sağlam olmasına dəlalət edir. İnsan sağlam olmadıqda dişlər öz parıltısını itirir. Buna görə də dişlərə qulluq etmək vacibdir.
- Gün ərzində arı mumu ilə birlikdə propolis çeynəmək faydalıdır. Çünki arı mumunun tərkibində A vitamini var.
- Aloenin bir yarpağını və bir kiçik baş soğanı birlikdə çeynəyin. Bunu bir neçə dəfə etsəniz, diş dibi qanaxmasının qarşısı alınacaq.
- Diş dibi ətini möhkəmləndirmək üçün hər gün bir ədəd çiy kartof yemək lazımdır.
- Dişlər səhər və axşam limon şirəsiylə yuyularsa, sağlam olar. Bunun üçün diş fırçasını isti suda isladaraq üstünə bir qədər limon sıxıb dişləri yumaq lazımdır. Həmçinin bir stəkan suya limonu sıxıb ağzı yaxalamaq olar.
- Limonun qabığını dişlərin dibinə sürtmək dişlərin parıltısını artırır və kökünün möhkəmlənməsinə səbəb olur.
- Ağızdan gələn xoşagəlməz qoxunu yox etmək üçün bir limonu qabıqla sürtgəcdən keçirib, üzərinə 100 qram bal töküb qarışdıraraq çay qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq qəbul etmək lazımdır.
- 1 xörək qaşığı limon şirəsini və 1 xörək qaşığı balı 1 stəkan ilıq su ilə qarışdıraraq stomatit (ağız boşluğunun iltihabı) zamanı ağız boşluğunu hər 2-3 saatdan bir qarqara etmək lazımdır.