Gicitikanın faydası
- Toksinləri bir saat içində bədəndən atır. Eyni zamanda bağırsaq florasını nizamlayaraq həzmi asanlaşdırır.
- Böyrəklərdə daş və qum yaranmasının qarşısını alır. Olduqca təsirli otdur. Eyni zamanda idrar yolu infeksiyalarını təmizləyir.
- Tərkibindəki C vitamini və dəmir maddəsi sayəsində qan hüceyrələrini nizamlayır. Qan hüceyrələrinin artırır. Ürək xəstəliklərinə tutulma riskini azaldır.
- Aparılan araşdırmalarda, bu otun alergik xəstəliklərə qarşı təsirli olduğu ortaya çıxmışdır. 1 stəkan gicitikan çayı içərək alergik reaksiyalara qarşı mübarizə apara bilərsiniz.
- Qripə tutulma riskini azaldır.
- Xroniki əzələ ağrılarını azaldır.
- Tərkibindəki bol miqdarda mineral və kalsium sümük hüceyrələrini bərpa edir. Sümük əriməsinə tutulma riskini azaldır. Revmatizma xəstələri üçün təbii müalicə üsulu sayılır. Oynaq ağrıları zamanı qaynadılan gicitikanı suda qaynadıb ağrının olduğu bölgəyə qoymaq faydalıdır.
- Sızanaq yaranmasına mane olur. Yüksək antioksidant tərkibli olduğu üçün dəridəki deformasiyanı azaldır. Suyunu tonik olaraq istifadə edə bilərsiniz. Bundan əlavə saç tökülməsinin qarşısını alır. Saç dərisindəki zədəli hüceyrələri azaldaraq kəpək yaranmasına mane olur.
Gicitikan çayı
Qurudulan gicitikandan 1 yemək qaşığı götürüb qaynayan suda 10 dəqiqə saxlayın, süzdükdən sonra istifadə edə bilərsiniz.