Alma sirkəsi
Alma sirkəsi bakteriyaları öldürür. Bir qabın içinə biraz su və fincan alma sirkəsi əlavə edib qarışdırın. Ayaqlarınızı bu suyun içində bir müddət saxlayın. Alma sirkəsini pambığa töküb göbələkli bölgəyə çəkin. 1 saat gözləyib normal su ilə durulayın.
Düyü unu və alma sirkəsi
Düyü unu göbələk müalicəsindən istifadə olunur. Düyü unu ilə alma sirkəsini xəmir halına düşənə qədər qarışdırın. Daha sonra dırnaqlara çəkin və biraz saxlayın. 2 həftə davamlı istifadə etdikdə faydasını görəcəksiniz.
Karbonat
Ayaq göbələyi təsirli üsullardan olan karbonat həm dərini qidalandırır və yumşaldır. Yarım fincan suyun içinə biraz karbonat əlavə edib qarışdırın. 10 dəqiqə suda saxlayıb ilıq su ilə durulayın. Hər gün davamlı olaraq etməlisiniz.
Ağız qarqarası və ağ sirkəsi
Ağız qarqarası antibakterial xüsusiyyətə sahibdir. Ağ sirkə və ağız qarqarasını qarışdırın, əldə edilən qarışımı pambıq yardımı ilə barmaqlarınıza çəkib yarım saat gözləyin, ilıq su ilə durulayın. Təsirli nəticə əldə üçün həftədə 2 dəfə istifadə etməlisiniz.
Sarımsaq və zeytun yağı
Zeytun yağının içinə doğranmış sarımsağı əlavə edib qaynadın. Qaynayan qarışımı süzün və soyumasını gözləyin. Soyuyan yağı pambıq köməyi ilə göbələkli bölgəyə çəkin, sonra durulayın. Hər gün davamlıq olaraq istifadə edin.
Limon və zeytun yağı
Bərabər miqdarda limon suyu ilə zeytun yağını qarışdırın və əldə edilən qarışımı dırnaqlara pambıq köməyi ilə çəkin. Qarışım dırnaqlarda bir müddət qaldıqdan sonra ilıq su ilə durulayın.