Qadin.NET / Sağlam bədən üçün 5 ədviyyat

Sağlam bədən üçün 5 ədviyyat

 

Darçın

Darçın daha çox soyuq havalarda yeyilən ədviyyatdır. Mətbəxinizdə mütləq darçın olmalıdır. Qan şəkərini nizamlayır, infeksiyalara qarşı vuruşur, şişinlik və qaz problemlərinin qarşısını alır. Zehni açır, arıqlamağa və xolestrolu aşağı salmağa kömək edir. Alzheimer xəstəliyinin yaranmasına mane olur.

Sağlam bədən üçün 5 ədviyyat

 

Kəklikotu

Süfrələrin əvəzedilməzi olan kəklikotu, vitamin mənbəyi sayılır. Bir çox problemi aradan qaldıran kəklikotunun tibbi faydalarını saymaqla bitməz. Öskürəyə kömək edir, təzyiqi aşağı salır, immunitet sistemini gücləndirir. Ağız sağlamlığına faydalıdır. Sızanaq və digər dəri problemlərini aradan qaldırmağa kömək edir. Əzələ ağrılarını azaldır. 

Sağlam bədən üçün 5 ədviyyat

Cirə

Yeməklərin və salatların əvəzedilməz ədviyyatı olan cirəni çay kimi də qəbul etmək olar. İmmunitet sistemini gücləndirir, dəmir baxımından zəngindir. Saç tökülməsinin, saçda kəpək yaranmasının və yağlanmanın qarşısını alır. Astma xəstələrinə kömək edir, xərçəngin qarışısını alır.

 

Sağlam bədən üçün 5 ədviyyat

 

 

Qırmızı toz bibər

Qırmızı toz bibər, alzheimer xəstəliyinin müalicəsinə kömək edir. Fərqli yollarla çəki atmağa kömək edir.

 

Sağlam bədən üçün 5 ədviyyat

 

 

Zərdəçal

Zərdəçalın tərkibindəki maddələr virusun, bakteriyanın, göbələyin hətta xərçəngin qarşısını alma xüsusiyyətinə malikdir. Onun gücündən faydalanmaq üçün necə qəbul etməli olduğunuzu öyrənməlisiniz. Beynin fəaliyyətini gücləndirir, ürək problemlərinin qarşısını alır, xərçəngi sağalda bilir. İltihabın qarşısını alır və depressiyanı müalicə edir.

 

Sağlam bədən üçün 5 ədviyyat

 

 

 

13 mart 2019
GO BACK