Qadin.NET / Keçibuynuzu

Keçibuynuzu

Keçibuynuzu/Harnup “Hz. Yaqub Peyğəmbərin çörəyi” sayılır. Təxminən 5000 ildir tanınır. Bir neçə yüz il əvvəl şəkər əvəzinə şirniyyatlarda istifadə olunurdu. Ağacı ilk 15 il bəhər vermir. Sonra isə 1000 kq-a yaxın bəhər verə bilir. Keçibuynuzu və ya digər adı Harnup olan bu meyvə planetimizin ən qədim bitkilərindən olub, ana vətəni cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyadır.

Keçibuynuzu bəhməz (doşab), toz halında və çiy şəkildə yeyilir.

Keçibuynuzu

Keçibuynuzu kalsiumla zəngin (süddən 3 dəfə çox) olduğu üçün dişlərə xeyirlidir. Tərkibindəki E vitamininə görə öskürəyə, qripə, sümük əriməsinə və qan azlığına xeyirdir.

Tərkibində yüksək natrium və kalium olduğu üçün təzyiq, qaraciyər və ağciyər üçün faydalıdır. Qanı zəhərli maddələrdən təmizləyir.

Ürəyə xeyirdir. İnsan orqanizminə daxil olan radiasiyanı bədəndən xaric edir.

Mədə və bağırsaq qazlarını çölə ataraq, mədə şişkinliyini aradan qaldırır.

Tərkibində yüksək şəkər olduğundan şəkər xəstəliyi olanların istifadəsi məsləhət görülmür.

Kişi sonsuzluğuna, sperm sayının azlığına qarşı Türk pr. İbrahim Saracoğludan resept: 
0,5 lt. qaynanmış suya 6-7 ədəd keçibuynuzunu xırda-xırda doğrayırıq. Ağzı qapalı olaraq vam odda 3 dəq. qaynadırıq. Sonra söndürüb 20 dəq. saxlayırıq. Sonra qaşıqla keçibuynuzlarını çıxardırıq. Soyuyandan sonra yarısını ac qarına səhər, yarısını da axşam yatağa girəndə içmək lazımdır. 1 həftə belə içilir. I həftədən sonra 3 ay boyunca hər gün axşam yatanda 1 su stəkanı içilməlidir. Allah (c.c.) şəfa versin.

16 sentyabr 2011
GO BACK