Əncirli südün faydalarını sizə təqdim edirik.
- Həzm sistemində problem olanlar, şişkinlik və qəbizlikdən şikayət edənlər. Bu hal xəstənin həyat keyfiyyətinə mənfi təsir edər. Ancaq yeməklərdən sonra qəbizlik və şişlik problemi üzləşmək istəmirsinizsə, qaynayan 3 stəkan südün içinə 6 ədəd quru əncir atın 10 dəqiqə qaynadıb altını söndürün. Daha sonra blenderdən keçirib yeməklərdən əvvəl və sonra için.
- Qış aylarında artan viruslara görə tənəffüs sistemi problemləri də artar. Bu da tənəffüs sistemində qıcıqlanmalara səbəb olar. Öskürəkdən xilas olmaq üçün 1 stəkan südün için 2 əncir qurusu əlavə edib qaynadın. Tam qaynadıqdan sonra südün ilıqlaşmasını gözləyin. Gündə iki stəkan hazırlayıb bu qarışımı için.
- İş və sosial həyat səbəbi ilə qeyri-sağlam qidalanma mənfi təsirlərə və xəstəliklərə səbəb olar. Xroniki yorğunluq və ağrılar artmağa başlayar. Bu haldan xilas olmaq üçün səhər yeməyin 1 stəkan südün içinə 1 çay qaşığı bal və 1 quru əncir atın. Biraz qaynadıqdan sonra ilıq formada için.
- Eyni zamanda hər gün 1 stəkan südün içinə əncir atıb içdikdə, bu hal dəri sağlamlığınıza da müsbət təsir edər. Dərinin daha parlaq və canlı görünməsinə kömək edər.