Quru öskürək üçün faydalı olan içkiləri sizə təqdim edirik.
Soğan və su
Orta böyüklükdə soğanı 6 yerə ayırıb üstünə 1 stəkan yarım su tökərək qaynadın. Sonra ilıq formada için.
Süd və Çəhrayi bəlğəmotu
1 su stəkanı qaynamış südə 7-8 ədəd bəlğəmotu əlavə edin. Qaynadıqdan sonra qazı söndürüb, 4-5 dəqiqə ağzı bağlı formada dəmləyin. Hər gün 2 dəfə günortadan əvvəl və sonra için.
Heyva yarpağı
1-2 stəkan isti suya əvvəlcədən qurudulmuş heyva yarpaqlarını atın və 10-15 dəqiqə dəmləyin. İçinə bal töküb, hər gün 3 stəkan için.