Lavanda
Lavandanın sakitləşirici təsiri var. Yatmazdan əvvəl yatağınızın yanına bir az lavanda qoysanız rahat yatarsınız.
Limon
Eansial yağlardan limon, həm əzələ ağrılarının azalmasına kömək edir, həm də sakitləşdirici xüsusiyyəti var.
Sitrus meyvələr
Səhərləri günə başlamaqda çətinlik çəkirsiniz və gərgin olursunuzsa, o zaman bir fincan qəhvə yerinə bir fincan limon və ya portağal suyu için. Həm günə enerjili başlamağınızı təmin edəcəkdir, həm də sizin gərginliyinizi azaldacaqdır.
Darçın
Tərkibində yüksək miqdarda afrodizyak var. Sakitləşmək üçün darçın sizə faydalı olacaqdır.
Vanil
Vanil çox qədim dövlərdən bəri xoşbəxtliyi artırmaq və ruh halının yüksəlməsinə kömək olması ilə tanınır. İçkilərinizə bir az vanil əlavə etməklə rahatlaya bilərsiniz.