Çillərə və qançıra qarşı darçın darçın müdafiəsi
Hələ İbn-Sina yazırdı ki,darçın dəmirovu və xoranı sağaldır,o ki qaldı çilə və ya qançıra.Qıcıqlanmış və,qızarmış dərinin normal hala gətirmək üçün bir çimdik darçını xama ilə (dərisi yağlı olanlar qatıqdan istifadə edə bilər) ilə qarışdırıb maska kimi üzə yaxın 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.
Zəif sirkə məhlulu ilə qarışdırılmış darçın isə dəridəki sızanaqların sorulmasına kömək edir.
Göbələyin qənimi yovşan
Hər gün TV-də növbə-növ kremlər reklam edirlər.Amma biz dədə-babadan göbələyi elə çöl yovşanı ilə sağaltmışıq.Bunun üçün yovşanı qurudub ovmaq,sonra ələkdən keçirmək lazımdır.Narın yovşan tozundan bir çimdik götürüb geyindiyin corabın içinə tökmək kifayətdir ki bir müddət sonra ayaqdakı qaşınma,qızartı tamamilə yox olacaq.
Əgər yovşan tozunu uşaq kreminə qatsanız ,o zaman qulaqdakı göbələyi də sağalda bilərsiniz.
Xoş ovqatın sirri
Limon insanın psixi sağlamlığını qorumağa kömək edən əla vasitədir.Limon şirəsi qəbul etdikdən 1 saat sonra beynin funksional fəaliyyəti ,hər şeydən əvvəl,əzələ sinirlərini idarə etmək ,yaddaşı yaxşılaşdırmaq ,diqqəti cəmləşdirmək,daxili rahatlığı təmin etmək ,ovqatı yaxşılaşdırmaq üçün tələb olunan fəaliyyət sahələri üçün zəruri olan maddələrin yaranmasına yardım edir.C vitamini bizim psixi fəaliyyətimizi ideal səviyyədə sabitləşdirir,bu vitaminin ən yaxşı təchizatçılarından biri də LİMONDUR.
Qastirit üçün cövhər
Qastirit –daha cox bizim əsəbləşməyimizn və vaxtlı-vaxtında qidalanmamağımızın bəlasıdır.Qastiriti sağaltmaq üçün bir resept yazım-bunun üçün dolu xörək qaşığı andız kökünün üzərinə yarım litr araq töküb 7 gün qaranlıq yerdə saxlamaq lazımdır.Sonra hər yeməkdən 20-30 dəqiqə əvvəl bir xörək qaşığı içirlər.Müalicənin xeyrini görmək üçün cövhərin qəbulunda fasilə vermək olmaz.Bir aylıq kurs üçün təxminən bir litr cövhər kifayətdir.