Qadin.NET / Balın müalicəvi əhəmiyyəti

Balın müalicəvi əhəmiyyəti

Balın müalicəvi əhəmiyyəti

 

 Həkimlər sübut  etmişlər ki, distilə edilmiş su ilə düzəldilmiş bal şərbəti böyrək, sidik kisəsi daşı xəstəliklərindən əziyyət çəkən  insanlar üçün olduqca faydalıdır.Üzdə olan sızanaqları da bal sürtməklə  yox etmək olar. Bal şərbəti ilə qarqara etmək isə ağızda olan yaraları, boğaz ağrısını və şişməsinin qarşısının  alınmasına müsbət təsir göstərir.Bal qan dövranını yaxşılaşdırır,ürək döyünməsini tənzimləyir,mədə köpünün qarşısını alır.Mədə ağrısı,mədə xorası,qəbzlik,bağırsaq sancıları  zamanı istifadə edilən  bu nemət qaraciyər xəstləri üçün də faydalıdır.Şəkər xəstəliyindən əziyyət çəkənlərin  və yaşlı adamların şəkəri balla əvəz etməsi məsləhətdir.

 


Öskürəkdən qurtulmaq üçün bişirilmiş  süd ilə bal qarışdırıb içmək də çox faydalıdır.Yuxusuzluqdan əziyyət çəkənlərin də dərmanı baldır.Bunun üçün yatmazdan əvvəl 1 çay qaşığı bal yemək məsləhətdir.Bədənə istilik verən bal  həm də sidikqovucu  xassəyə malikdir.O, nəfəs borusu xəstəliklərinə  qarşı da faydalıdır.Bal gözün görmə gücünü artırır.Limonla və ya südlə içilən bal soyuqdəymə ilə mübarizədə effektiv təsir göstərir,boğaz ağrısını və öskürəyi aradan qaldırır.Qripə tutulmuş insanları rahatlaşdırır.Vərəmdən əziyyət çəkən  xəstələrə isə çiçək balını qızılgül ləçəkləri ilə qarışdırıb səhər  və axşam qəbul etmək lazımdır.
17 sentyabr 2011
GO BACK