Kəklikotu (və ya kəkotu) dodaqçiçəklilər fəsiləsindən bitki cinsidir.Hündürlüyü 20 santimetrdən 35 santimetrə qədərdir. 400-ə qədər növü var.Kəklikotuna Qərbi və Şərqi Avropada daha çox təsadüf edilir.
Kəklikotudan kulinariyada (xüsusilə də konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində istifadə olunur.Ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir.
Faydaları:
Ən yaxşı antioksidantdır.
Sakitləşdirici təsirə malikdir.
İmmuniteti artırır.
İştahanı yaxşılaşdırır.
Həzmə kömək edir.
Soyuqdəyməyə qarşı faydalıdır.
Mədə-bağırsaqları və ciyərləri təmizləyir.
Ağciyər və böyrək xəstəliklərinə qarşı faydalıdır.
Ödqovucu təsirə malikdir.
Bağırsaq qurdlarını salır.
Ən yaxşı ağrıkəsicidir.
Revmatizmanın mualicəsinə kömək edir.
Öskürəyi kəsir.
Zökəmə və qripə qarşı faydalıdır.
Bəlğəmgətirici təsirə malikdir.
Astma və bronxit kimi xəstəliklərin mualicəsinə kömək edir.
Diş ağrısını aradan qaldırır.
Damaqları möhkəmləndirir.
Yüksək təzyiqə qarşı faydalıdır.
Şəkər xəstəliyinə qarşı faydalıdır.
Yaraların sağalmasına kömək edir.
Oturaq sinirin iltihabına qarşı faydalıdır.
Boğaz və badamcıq vəzisi iltihabına mualicəsinə kömək edir.
Xolesterol miqdarını nizamlayır.
Aritmiya ehtimalını azaldır.
Yuxusuzluğu aradan qaldırır.
Sidikqovucu və qazqovucudur.
Qan dövranını nizamlayır.
Xərçəngə qarşı faydalıdır.