Çoxumuzun evində olan , lakin faydalarından kifayət qədər istifadə etmədiyimiz - Sirkə 1 çox xəstəliyin müalicəsində xeyirlidir. Bəzən kiçik bir ağrı olduqda tez dərmana müraciət edirik, lakin bildiyimiz kimi təbii vasitələrdən istifadə etmək orqanizmimiz üçün daha məsləhətlidir.
Qədim dövrlərdən bəri insanlar sirkədən həm müalicəvi, həm də kosmetik vasitə kimi geniş istifadə edirdilər. Qədim Çində düyü sirkəsinin faydalarından istifadə edirdilər, yaponlar isə sirkəni təmizlənməmiş(qəhvəyi) düyüdən hazırlayırdılar, onlar sirkəni cavanlıq, güc, gözəllik mənbəyi sayırdılar. Misirlilər isə sirkəni əncirdən hazırlayırdılar.
Bildiyimiz kimi, sirkənin növləri çoxdur: üzüm, alma, düyü, moruq və s. Lakin insan orqanizmi üçün ən faydalısı alma sirkəsidir ki, həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur.
Bildiklərimi Sizlərlə bölüşmək istəyirəm.
Baş ağrısı zamanı alma sirkəsindən kompress edib, şərflə bağladıqda, ağrı keçir.
Çox yorğun olduqda – 0,5 l alma sirkəsi əlavə edilmiş isti vanna qəbul etdikdə yorğunluq gedir.
15 – 20 dəqiqəlik belə bir vanna qəbulundan sonra insanın dərisi zərifləşir, elastikləşir və
bədənin quruluğu gedir.
Varikoz damar genişlənməsi zamanı səhər və axşam həmin yerlərə sürtmək, eyni vaxtda gün ərzində 2 – 3 dəfə (1 stəkan suya 2 çay qaşığı) içmək məsləhətdir.
Angina, qrip, tonzillit və öskürək zamanı alma sirkəsini yarı-yarıya qaynadıılmış suyla qarışdırıb boğazı qar-qara etmək faydalıdır.
Kəpəkli saçlar zamanı saçı yuyandan sonra son yumada 1 lt. suya 1 st. alma sirkəsi tökülmüş suyla yaxalamaq lazımdır. Qısa bir zamanda saçlardan kəpək təmizlənir və saçlar parıldamağa başlayır.
Sızanaqlara qarşı – 1 stəkan alma sirkəsinə yarım stəkan su əlavə edib, pambıqla gün ərzində səhər-axşam sızanaga sürtükdə mikroblar ölür və sızanaqlar azalmağa başlayır. Üzə sürtüb, sonra təmiz suyla üzü yaxaladıqda üzün dərisi yumşalır.
Qəbizlik zamanı 1 stəkan suya 1 çay qaşığı alma sirkəsi əlavə edib gün ərzində içmək lazımdır.
Yaraların iltihablaşmasının qarşısını almaq üçün alma sirkəsiylə isladılmış pambığı yaraların üstünə tez-tez çəkib, yaranı islatmaq lazımdır.
Anemiyada alma sirkəsi əvəzedilməzdir, çünki tərkibində fol turşusu, B12 vitamini və dəmir var.
Artrit, astma və böyrək daşı xəstəliklərinə də xeyirlidir.