Nəfəs qoxusu üçün - Nanə çayı

Nanə özünə xas dadı və qoxu verən aromatik yağ, nəfəs qoxusuna səbəb olan mikrobları öldürən güclü bir antiseptikdir. Ehtiyac duyduğunuz hər an bir stəkan nanə çayı için.
Kəpək üçün - Kəklikotu

Kəklikotu suyundan kəpəyə çarə kimi istifadə edə bilərsiniz. 4 şorba qaşığı quru kəklikotunu alüminium olmayan çaynikdə 2 stəkan suyla 10 dəqiqə ərzində qaynadın. Süzgəcdən keçirin və soyudun. Əldə etdiyiniz kəklikotu suyunu şampunla yuyub duruladığınız saçınıza yavaşca tökün və yumşaq hərəkətlərlə ovub baş dərinizə çatmasını təmin edin. Təzədən durulamağa ehtiyac yoxdur.
Baş ağrısı və mədə turşuması üçün - Zəncəfil

Zəncəfil çayı, başınızda atan damarları yatırdar. Çayı hazırlamaq üçün, 1/3 çay qaşığı toz zəncəfili və ya doğranmış təzə zəncəfili bir fincan isti suda qarışdırın. Soyudun, süzün və ilk baş ağrısı əlaməti zamanı için.
Zəncəfil mədə əzələlərini rahatlaşdıraraq, mədə turşusunun yuxarı çıxmasının qarşısını alır. Mədə turşumasının qarşısını almaq üçün, yeməklərdən 20 dəqiqə əvvəl bir stəkan zəncəfil çayı için. Zəncəfildən həm kök, həm də toz halında istifadə edə bilərsiniz.
Yüksək təzyiq və qulaq ağrısı üçün - Sarımsaq
Ağrıyan qulağınızıa 3 damcı sarımsaq yağı tökün. Bunu gündə üç və ya dörd dəfə, ağrı keçənə qədər təkrarlaya bilərsiniz. Ancaq diqqətli olun, əgər qulaq pərdəsinin cırıq olduğunu bilir və ya bundan şübhələnirsinizsə, qulağınız üçün şəfalı bitkilərdən hazırlanmış heç bir şeydən istifadə etməməlisiniz. İtburnu C vitamini ilə zəngindir və çay kimi içildiyi zaman sürətlə qana qarışır. Alüminium olmayan bir qaba 2 yemək qaşığı itburnu qoyun və bir stəkan su əlavə edərək üstünü bağlayın. 20-30 dəqiqə qaynadın. Süzün, təzə sıxılmış limon suyu əlavə edin və bal qataraq için.
