Qadin.NET / Xalq təbabəti

Xalq təbabəti

 

 

Zeytun yağı-saça zeytun yağı sürtdükdə dazlaşma və tökülmənin qarşısını alır,saçı qidalandırır.İçdikdə insanı kökəldir,üzə qan gətirir.Xalis zeytun yağı isti suya qarışdırılaraq içilsə bağırsaq qurdlarını salır.Böyrəkləri sağlamlaşdırır.

 

 

Kartof- adamı kökəldir,qanı artırır.Böyrəyə çox xeyirlidir.Kartof suyu ilə saçı yuduqda tükləri möhkəmləndirir.

 

 

Armud- armud yemək zökəm və tumovu kəsir,mədəni qüvvətləndirir,həzmi asanlaşdırır.Tumundan(çəyirdəyindən)10 qr acqarına yeyilsə bağırsaq qurdlarını tökür.

 

Xalq təbabəti

 

Böyurtkən- çox yeyilsə gözlərə xeyirdir,babasilə qarşı faydalıdır.Kökünü qaynadıb içmək öd kisəsinin daşını tökür, saçları ağarmağa qoymur,gözə işıq verir.

 

 

Yerkökü-öskürəyi kəsir,sarımsaqla yeyildikdə ayaq ağrılarına şəfa verir.Turşusu qara ciyərə faydalıdır,dalaq şişini alır.

 

 

İydə-sidiyini saxlaya bilməyənlərə iydə yemək çox məsləhətdir.

 

 

Balqabaq-suyundan şərbət hazırlayıb içməklə zökəm və qaymarit mənbəli baş ağrılarını kəsir.

 

 

Bağayarpağı-vərəmə ,çibana,ağız yaralarına qarşı istifadə olunur.Suyu bağırsaq iltihabını kəsir,babasil və ağ ciyər qanamalarını sağaldır.Kökünü və ya yarpağını qaynadıb suyu ilə qarqara etmək diş ağrısını kəsir.

 

Xalq təbabəti

 

Üzüm-qanı saflaşdırır,mədəni gücləndirir,böyrəyi qüvvətləndirir.Kişmişi yeyildikdə bağırsaq və böyrək ağrılarını sağaldır,daşı salır.

15 iyul 2011
GO BACK