Qadin.NET / Bitkilərlə müalicə

Bitkilərlə müalicə

 

Bitkilərlə müalicə

 

Qaşınma:

1.Qaşınan yerlərə sirkə sürtülür.

2.Bir qazan qaynayan südə 1 limon şirəsi əlavə edilərək süd çürüdülür.Suyundan gündə 3 dəfə stəkanla içilir.

3.Arpa qaynadıb suyu qaşınan yerlərə sürtülür.

4.Gavalı sirkəyə batrılıb qaşıntı yerlərinə sürtülür.

5.Dəfnənin budaqları ,yarpaqları,meyvələri qaynadılır,suyu ilıq olduqda qaşıntı olan yerlər yuyulur.

Diş ağrısı:

1.Üzüm -100q, sarımsaq-50q.Kifayət miqdarda su ilə qaynadılır,alınmış maye ilə qarqara edilir.

2.Tut ağacının qabığı ilə yarpaqları suda qaynadılır və qarqara edilir.

3.Kəklikotu,limon çəyirdəyi,nanə çeynəmək olar.

Yanıq:

1.Xına suda qaynadılır yanan yerlərə çilənir.

2.Duz ilə zeytun yağı qarışdırılıb yanığa sürtülür.

3.Kələm əzilib,yumurta ağı ilə qarışdırılır,məlhəm kimi yanığa sürtülür.

4.Yanıq nahiyyəsinə çiy yumurta sürtülür.

5.Çuğundur yarpaqları pörtlədilir və yanıq üzərinə qoyulur.

6.Yaralara zeytun yağı,badam yağı sürtülür.

7.Xına ilə şit yağ qarışdırılır yanıq nahiyyəsinə sürtülür.

13 iyul 2011
GO BACK