Qoz yarpağı və faydaları haqqında:
*Qoz yarpağının qan durdurucu, qüvvətləndirici tonik və bağırsaqlardakı qurdları salma xüsusiyyəti var
*Yarpağın çayı,həzm problemlərində,qəbizlikdə,iştahsızlıqda və qan təmizliyində təsirlidir.Davamlı istifadə edildikdə sarılıq kimi xəstəliklərə də faydalıdır.
*Qan şəkərini salma və qüvvət verici təsiri vardır.
*Dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir.
*Qoz yarpağı qaynadılaraq,sifilis,egzema,herpes,raşitik xəstəliklərində,sümük çürüməsində,sümük deformasyonunda,iltihablı əl və ayaq dırnaqlarında da istifadə edilə bilər.
*Qaşınan bölgələrdə qozun qabığının qaynadılmış suyu ilə duş qəbul edildikdə sağalma baş verir.
*Bu su ilə edilən duş yetkinlik sızanaqlarında,ayaq tərinə və qadınlarda gələn axıntılara yaxşı təsir edir.
*Ağız boşluğundakı iltihabı,dişəti, boğaz və qırtlaq xəstəliklərində qarqara edilir.
*Qoz yarpağının qaynama suyu çoxlu saç tökülməsində saçların dibinə masaj edərək vurulduqda yaxşı təsir verir.Bu su həmçinin bitlərin məhvi üçün də təsirlidir.
*İyunun ortasında yığılan qoz,mədə, qaraciyər və qanı təmizləyən,bağırsaq çürüklüyünü aradan götürən yeni çalar əldə edilir.
*Diqqət:içərisində olan tanen maddəsi bəzi şəxslərdə ürək bulantısına,qusmağa səbəb ola bilər.Bundan başqa heç bir yan təsiri yoxdur.
Qoz yarpağının çayı:1)Yarım və ya bir çay qaşığı incə kəsilmiş yarpaq,bir stəkan dolu qaynar suda qaynadılır.4-5 dəqiqə dəmlənir və süzülür.Gün boyunca 1 və ya 2 stəkan qurtum-qurtum içilir.2)Yarım və ya 1 çay qaşığı incə kəsilmiş yarpaq,1 stəkan soyuq suya tökülür,qaynayana qədər odda saxlayırıq və 2-3 dəqiqə az odda qaynadırıq.Gündə 2-3 stəkan içilir.
Duş hazırlamaq:Bunun üçün 2 ovuc incə kəsilmiş yarpaq axşamdan 2-3 litr suda saxlanılır.Sabah az odda 4-5 dəqiqə qaynadıqdan sonra duş alacağınız suya əlavə edilir.