Naringidə vitamin C, B, D, provitamin A, sellüloz, mineral duzlar, efir yağları var. Çox keçmişdən el arasında xalq təbabətində naringi xəstəliklərin müalicəsində istifadə edilir.Həm dadlıdı, həmdə xeyirli.
Sağlamlıq üçün yetişmiş naringi.....
Öskürəyə qarşı həlim. Öskürəyi azaltmaq üçün naringinin qabıqlarından istifadə edilir. Bir stəkan isti suya xırda doğranılmış bir çay qaşığı naringi əlavə edib və başqa qabda olan ilıq suya 15 dəq. qoyuruq. Stəkanın dörddə bir hissəsini hər gün üç dəfə yeməkdən əvvəl qəbul etmək lazımdı.
Göbələyə qarşı həlim. Naringinin qabığından və şirəsindən göbələk yerinə sürtmək olar. Bir naringi dilimi götürürük, üzərindəə olan nazik qatı çıxardırıq və göbələk olan yerə şirəsin sıxaraq sürtürük. Belə müalicəni sistemli şəkildə gündə bir neçə dəfə istifadə edilir.