Kaliforniya Universitetindən olan tədqiqatçılara görə, nar suyundakı mürəkkəblər həm xərçəng hüceyrələrinin artmasına əngəl olur, həm də prostat xərçənginin metastazına səbəb olan bir kimyəvi maddənin təsirini azaldır.
Prostat xərçəngi kişilərdə ölümə səbəb olan ikinci xərçəng tipi olaraq bilinir.Əgər əməliyyatdan sonra xərçəng təkrar ortaya çıxarsa, kişilik hormonu olan testesteronun səviyyəsi azaldılmağa çalışılır.Çünki xərçəngli hüceyrələr yayılmaq üçün bu hormonlara ehtiyac duyur.
Ancaq zaman içində xərçəng hormonu təzyiq altına alan bu müalicəyə qarşı yeni bir yol tapır və yenidən yayılmağa başlayır.
Martins-Green biologiya laboratoriyasında aparılan bir araşdırma süni olaraq çıxarılan prostat xərçəngi hüceyrələri üzərində nar suyunun möcüzəvi təsir göstərdiyini sübut edir.
Tədqiqatçılar nar suyu ilə müalicə edilən şiş hüceyrələrinin parçalanmasının və yayılmasının daha az bir ehtimal olduğunu bildirirlər. Onlar nar suyunun içərisindəki mürəkkəbləri də araşdırmış və hər birinə ad verməyi bacarmışlar. Beləliklə, bu mürəkkəbləri daha da gücləndirərək prostat xərçənginin yayılmasına qarşı güclü bir dərman yaratmağı planlaşdırırlar.
Ekspertlər önəmli bir zülalın sümük iliyinə sıçradığnıı və burada yeni bir şiş yaranmasına səbəb olduğunu söyləyib. Nar suyu bu zülalın funksiyasını azaldır və beləcə, prostat xərçənginin sümük iliyinə sıçramasının qarşısı alınır.
Həmçinin nar suyu infarkt riskini azaldır, ishalı kəsir, həzm sistemini gücləndirir, xolesterolu və şəkəri tarazlayır,cild xərçənginin, infeksiyanın və allergiyanın qarşısını alır, yaraları sağaldır, cinsi problemlərin yaranma riskini azaldır. Narı həddindən artıq yesək belə, heç bir yan təsir göstərməz.