Artıq yay gəlir. Məlumdur ki, yayda ağcaqanad və milçək adama rahatlıq vermir. Bu zərərli və zəhlətökən həşəratlardan qorunmaq üçün xalq təbabətinin çox sadə və təsirli bir üsulu var. Yovşanı əzin, üstünə su töküb qarışdırın və bir neçə saatdan sonra süzün. Bu suyu bədəninizə,üzünüzə sürtün. Bundan sonra zərərli həşəratlar əsla sizə yaxın düşməz.
Ağcaqanadın dişləməsindən və sancmasından əmələ gələn ağrıları yox etmək üçün cəfərini döyüb, sıxın, alınan şirəni həmin nahiyəyə sürtün.
Evinizdə ətirşah saxlamağınız məsləhətdir. O, evin havasını təmizləyir, tozları və xoşagəlməz iyləri udur, faydalı yağlar ifraz edir. Əgər başınız ağrıyırsa, əsəbləriniz gərginləşibsə və ya stres vəziyyəətinə düşmüsünüzsə, ətirşahın yarpaqlarını silkələyib iyini ciyərlərinizə çəkmək kifayətdir.
Əlinizin ağ və yumşaq olmasını istəyirsinizsə bu məsləhətə əməl edin: kartofu soyub bişirin, yaxşı əzin, sonra onu südlə və adekolonla möhkəm qarışdırın. Əldə etdiyiniz məhluluı əlinizə sürtün və ovxalayın. Bir qədər keçəndən sonra ilıq su ilə yuyun.