Qadin.NET / Şəfalı otlar

Şəfalı otlar

 

 

Dəvədabanı - yazın ilk aylarında  (mart aprel) çiçək açır,yarpaqlarının tam inkişafı may ayının axırında qurtarır.Yarpaqlarını  (may-iyun) aylarında toplayır, sonra isə  onları quru havalı yerdə nazik qatlarla sərib qurudurlar.

Bu bitki Zaqafqaziyada, xüsusən Azərbaycanın bir sıra dağlıq rayonlarında,ələxsus Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən rayonlarda geniş yayılmışdır.

Xalq təbabətində  ağ ciyərlərin , vərəmdə dəvədabanının qurudulmuş yarpaqlarını çay kimi dəmləyərək  içməyi öskürək əleyhinə isə qurudulmuş yarpaqları yandıraraq tüstüsünü nəfəs  yolu vasitəsilə qəbul etməyi məsləhət görülür.Müxtəlif dəri xəstəlikləri, çiban, irinli yaralar və s. dəvədabanı bitkisi vasitəsilə müalicə edilir.

Soyuqdəymələrdə baş verən  tənəffüs yollarının iltihabında, vərəmdə, ağ ciyər xəstəliklərinin başqa növlərində tər və bəlğəm gətirici yarpaqları  qurudaraq çay  kimi dəmləyib  xörək qaşığı ilə gündə 3 - 4 dəfə içmək faydalıdır.

Eyni miqdarda  dəvədabanı yarpağı  ilə gicitkən yarpağını qarışdırıb,qarışığı 10 dəqiqə suda qaynatdıqdan sonra həmin su ilə  başı yuduqda başın tüklərinin dibləri möhkəmlənir, baş kəpəklənmir və tökülmür.

Şəfalı otlar

 

Bağayarpağı- Enli,yaşıl yarpaqlı ot bitkisidir.Qonur rəngli xırda çiçəkləri sünbül şəklində bitkinin yuxarı hissəsində yerləşir.May-İyun aylarında çiçək açır,avqust-sentyabr aylarına qədər bunun çiçəklənməsi davam edir.

Azərbaycanda bağayarpağı bitkisinin 14 növünə təsadüf edilir.Bağayarpağı bitkisinin  tərkibində  bir çox  müalicəvi əhəmiyyətə malik olan dərman maddələri  aşkar edilmişdir.Karotin, S vitamini , kalium, kalsium duzları ilə olduqca zəngindir.

Bağayarpağı bitkisinin yarpaq və toxum hissəsindən qəbzlik zəif işlətmə dərmanı kimi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində,öskürəkdə, göy öskürəkdə istifadə edilir.

Bağayarpağı bitkisinin yaşıl yarpaqlarının dəri yaralarını (çiban, kəsik və irinli yaraları) tez sağaldıcı  xassəsi xalq təbabətində çoxdan məlumdur. Bu məqsədlə bağayarpağı bitkisinin yarpağını  qoparıb  yaraların üstünə qoyaraq bağlamaq kifayətdir.


 

22 iyun 2011
GO BACK