Qadin.NET / Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı

Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı

Xüsusilə quru öskürəy müalicəsində istifadə etdiyimiz isti bitki çayları boğazımızı yumşaldaraq bizi rahatladır. Quru öskürəkdən başqa, soyuqdəymədən yaranan öskürəyi kəsmək üçün, eyni zamanda bədən müqavimətini artırmaq üçün müxtəlif bitki çayları seçim edə bilərsiniz. Aşağıda reseptlərdə verəcəyim bitki çayları içərisində olan vitamin və minerallar sayəsində soyuqdəymənin yaratdığı ağrıları azaldaraq öskürəyin keçməsini təmin edəcək. Öskürək Kəsici Bitki çayları hansılardır?  

Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı

Nanə Çayı: Analarımızın sıxlıqla seçim etdiyi çaylardan biridir. Ənənəvi hala gələn nanə çayı xüsusilə limonla birlikdə istifadə edildikdə, öskürək və soyuqdəymənin müalicəsində ən təsirli çaylardan biridir. Nanə Limon çayının təsirini artırmaq istəsəniz içərisinə bir miqdar bal əlavə edə bilərsiniz. 

Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı

Ada Çayı: Ada çayı içərisində olan mineral və vitaminlər sayəsində bədəndəki toksinləri atmada olduqca təsirli bir bitkidir. Quru öskürək müalicəsində və boğazı yumşatmaqda adaçayı seçilən bir bitkidir. Əgər boğaz ağrısı kimi bir probleminiz varsa dəmlənmiş adaçayınızı bir müddət soyudduqdan sonra içərisinə bir neçə damla limon damladıb qarqara edərək tətbiq edə bilərsiniz. Adaçayının ayrıca iltihabları keçirici xüsusiyyəti vardır və bu sayədə ağrılarınız azalacaqdır.

Öskürəyi kəsən 3 möcüzəvi bitki çayı

Zəncəfil Çayı: Xüsusilə qış aylarında epidemiyalar daha çox artır və soyuqdəymə və qrip olma riskimiz də artır. Soyuqdəymə və qripdən qaynaqlanan öskürəyin müalicəsində zəncəfil çayı da içə bilərsiniz. İlk olaraq 2-3 santimetr ölçüsündə ki zəncəfil rəndələyərək bir stəkan isti suyun içərisinə əlavə edin. Ardından 10-15 dəqiqə qədər çayınızı dəmlənməsini gözləyin. Dəmləndikdən sonra çayınızı içə bilərsiniz. Diləsəniz içinizi istilədəcək bu mükəmməl çayın içərisinə darçın da əlavə edə bilərsiniz. Hər paydan sonra bir stəkan olmaqla gündə 3 stəkana qədər zəncəfil çayı içə bilərsiniz. Öskürək və soyuqdəyməyə zəncəfilin bir çox faydası var. Qeyd: Bitki çaylarının bir qisminin tərkibində şəkər var, lakin bəziləri dadsız olduğu üçün içilməsi çətin ola bilər. Istəsəniz hazırlamış olduğunuz bu çayları şirinləşdirmək məqsədi ilə bal istifadə edə bilərsiniz. Eyni zamanda balın quru öskürəkdən qaynaqlanan boğaz qızartılarını müalicə edici təsiri vardır. Boğazdakı qaşınma hissini götürüb sizə rahatlıq verəcək. İstifadə edəcəyiniz bal təbii olarsa daha çox təsiri olacaqdır.

4 avqust 2016
GO BACK