Qadin.NET / Dərdlərə dərman olan badımcan sapı

Dərdlərə dərman olan badımcan sapı

 Dərdlərə dərman olan badımcan sapı

Son illərdə babasil xəstəliyinə daha çox rast gəlinir. Belə hesab olunur ki, dünyada yaşayan insanların yarısından çoxu babasil xəstəliyinin müxtəlif formalarından əziyyət çəkir. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Babasilin yaranmasının əsas səbəbi qəbizlikdir. Xalq təbabətində babasilə və qəbizliyə aid bir sıra müalicələr var. Bu xəstəliyi yaxşılaşdıran təbii müalicə üsullarından bir neçəsini təqdim edirik: 

Dərdlərə dərman olan badımcan sapı

Təbiətin hər bitkisinin tərkibində bəşəriyyət üçün faydalı maddələr var. Onlardan biri də badımcanın saplağıdır. 10 ədəd badımcanın yaşıl sap hissəsini 10 stəkan su ilə qaynadın. Bu sudan səhər axşam bir stəkan için. Beşinci gün babasil deyə bir dərdiniz qalmayacaq.Suda bişmiş çuğundur da babasil xəstəliyində təbii dərmanı kimi istifadə olunur.Babasil xəstəliyi zamanı buzlu su ilə vanna etmək faydalıdır.

Dərdlərə dərman olan badımcan sapı

Onu da unutmayın ki, uzun müddət belə vannada əyləşmək də zərərlidir. Buz vannasının müddəti bir neçə saniyədən maksimum bir dəqiqəyə qədər davam etməlidir. Buzu tək adi sudan deyil, həm də bitki məhlullarından hazırlamaq olar. Həkimlər buzun babasil ağrılarına yaxşı təsir etdiyini söyləyirlər.Palıd qabığı və çobanyastığı dəmləmələri ilə hazırlanan vannalar da babasil ağrılarını azaldır.

23 iyul 2016
GO BACK