Qadin.NET / Xərçəngə qarşı möcüzəvi qarışım

Xərçəngə qarşı möcüzəvi qarışım

Amerikalı həkim Carolyn Anderson aşağıda sizlərlə paylaşacağımız reseptin xərçəngin qarşısını aldığını iddia edir. Bu asan resept demək olar ki, hər evdə tapılan üç maddənin qarışımından ibarətdir.Andersona görə bu üç maddə Şərqi Hindistanda 2000 ildən bu yana istifadə olunur, son zamanlarda isə qərb tibb adamları tərəfindən təsdiqlənmişdir. Dr Anderson, bu üç qida qarışdırılıb hər gün istehlak olduğu təqdirdə, xərçəng riskinin  aradan qalxdığını bildirir. Bu qeyri-adi qarışım, sarıkök, zeytun yağı və toz istiotdan ibarətdir.

Xərçəngə qarşı möcüzəvi qarışım

 

Bu qarışımdakı ən əhəmiyyətli maddə sarıkökdür. Sarıkökün faydaları saymaqla bitməz. Sarıkök bədəndə infeksiya və iltihabın qarşısını alan çox qüvvətli bir ədviyyatdır. Sarıkökün, bağırsaq, prostat, beyin və döş xərçəngi də başda olmaqla bir çox xərçəng növünün qarşısını aldığı tibbi cəhətdən də sübut olunmuşdur. Siçanların üzərində aparılan araşdırmalarda xərçəng hüceyrələrinin yeridildiyi siçanlara eyni zamanda sarıkökün verildiyi vaxt bir çox xərçəng xəstəliyinin tamamilə aradan qalxdığı ortaya çıxmışdır. Aparılan araşdırmalara görə toz istiot sarıkökün təsirini 200% nisbətində artırır. Xərçəngin qarşısını alan qarışımın hazırlanma qaydası:

Xərçəngə qarşı möcüzəvi qarışım

Çay qaşığının dörddə bir hissəsi qədər sarıkök, yarım çay qaşığı zeytun yağı, qaşığın ucunda toz istiot. Bu üç maddəni bir fincanda qarışdırın. Qarışımı sadə, ya da salatlarınıza, şorbalarınıza, yeməklərinizə qataraq istehlak edin. Əgər bişmiş yeməyə qatacaqsızsa, o zaman yeməyin sonunda əlavə edin.

Xərçəngə qarşı möcüzəvi qarışım

Bu qarışımı ən azı gündə üç dəfə qəbul etməlisiniz. Dr Anderson bu qarışımın xərçəngin qarşısını aldığı kimi bədxassəli xərçəng hüceyrələrini də yox etdiyini qeyd edib.

16 may 2016
GO BACK