Ümumiyyətlə soyuqdəymə və qrip kimi üst tənəffüs yollarına təsir edən infeksiyaların səbəb olduğu boğaz ağrısı udqunma, yemək yemə və danışma çətinliyinə yol aça bilər. Boğaz ağrısına kömək olan və evdə tətbiq edə biləcəyiniz bəzi üsullarla boğaz ağrınızı keçirə bilərsiniz.
Adaçayı.
Soyuqdəymə deyilincə ağla ilk gələn çaylardan biri olan adaçayı boğaz ağrısı və öskürək müalicəsində də olduqca təsirlidir. Antimikrob və anti-iltihab xüsusiyyətləri ilə boğazdakı iltihablanmağı azaldır. Bundan əlavə adaçayının içinə bir neçə damla limon sıxsanız, C vitamini dəstəyi təmin edə bilərsiniz.
Evkalipt çayı.
Soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirmək də olduqca məşhur olaraq istifadə edilən bir bitki olan evkalipt, boğazı ağrılarını sakitləşdirirkən bronxit və sinüzit ağrılarını da yüngülləşdirir. Bitkini çay olaraq hazırlaya ya da qaynar suya 2-3 qaşıq evkalipt atdıqdan sonra buxarında burnunuzu aça bilərsiniz.
Sarımsaq.
Sarımsağın təbii bir antibiotik olduğu bilinən bir xüsusiyyətdir. Söz mövzusu boğaz ağrısı olduğunda, sarımsağın antioksidan baxımından zəngin məzmunu zərər görmüş və xəstə hüceyrələri yeniləməkdə işə yaraya bilər.
Mixək.
Mixəkdə l olan "öjenol" adlı komponent təbii bir anesteziktir və antiseptik təsiri vardır. Udqunurkən hiss etdiyiniz ağrını bir neçə ədəd mixək çeynəyərək yatıra bilərsiniz. Qurudulmuş mixək dənələrini (5-6 ədəd) ağızınıza atın və suyunu udun. Ayrıca qərənfil ilə qarqara edə bilərsiniz.
Duzlu su ilə qarqara.
Boğaz ağrısının səbəbi nə olursa olsun, ağrıya mukoza pərdəsinin iltihablanması və şişməsi yol açar. Duzlu su ilə qarqara etmək iltihabın səbəb olduğu şişliyi azaltmaq üçün olduqca təsirli bir üsuldur.
Böyük su stəkanının yarısı qədər suyu çox soyuq və ya isti olmaması şərti ilə istilədin. Ocaqdan aldığınız ilıq suya yarım çay qaşığı süfrə duzu əlavə edib yaxşıca qarışdırın. Bu qarışıqla gündə 3 dəfə 30 saniyə müddətlə qarqara edin. Yalnız ağız içində çalxalamayın, başınızı geriyə doğru yatırdaraq duzlu su boğaz bölgəsinə gələcək şəkildə qarqara edin.