Qadin.NET / Xərçəng xəstələrinə müjdə!

Xərçəng xəstələrinə müjdə!

Xərçəng xəstələrinə müjdə!

"Guanabana" adlı bir meyvə, xərçəng xəstələrinə ümid oldu. Bu tropik meyvənin kimyaterapiya müalicəsində istifadə edilən dərmanlardan daha çox təsirli olduğu iddia edilir. Braziliyada yetişən guanabana, yağış meşələrində yetişir. Cənubi Amerikada bəzi bölgələrdə və Asiyanın da şərqində olur. Bu meyvənin xərçəngi tamamilə yox etməsinə dair qəti bir elmi təcrübə hələ ki, yoxdur. Ancaq sinə və qaraciyər üzərində kimyaterapiyaya dirənən bəzi xərçəngli hüceyrələrin məhv edilməsində təsirli olduğu meydana çıxdı. İddialar arasında kimyaterapiya müalicəsinin vücud üzərindəki təsirlərini azaltdığı və meyvənin toxumunun, yarpaqlarının isə immun sistemini gücləndirərək çəki və saç itkisinin qarşısını aldığı qeyd edilir. Elmi faktlarla qətiləşmədiyi üçün hələ tam bir şərh verilmir.

Xərçəng xəstələrinə müjdə!

İnsan üzərində də əhatəli bir test edilmədi. Fəqət bu meyvənin bir çox xəstəliklərə müsbət təsir göstərdiyi də bir həqiqətdir. Yerli xalq bu meyvəni qəlb xəstəlikləri, qaraciyər problemləri və astma xəstəlikləri üçün tez-tez istifadə edirlər. Guanabananın yararları ticarət qayğıları üzündən gizlədilirmiş. Deyilənlərə görə, elm adamları bu meyvəni uzun müddətdir incələyirmişlər və testin nəticələri ticarət məsələləri üzündən gizlədilirmiş. Mövzu ilə əlaqəli yazdığı məqalədə meyvəni dərinliyinə qədər incəliyən amerikalı elm adamı Christopher Lane ABŞ-ın irəlidə gələn xərçəng araşdırma quruluşu Nacional Cancer İnstitute-nin (NCİ) bu meyvəni 1970-ci illərdə kəşf etdiyini və xəstəliyin müalicəsində istifadə edilə biləcək bəzi nüansları tutduğunu dilə gətirir.

Xərçəng xəstələrinə müjdə!

Lane, 20 müstəqil labaratoriya testində əldə edilən tapıntıların bir nəticə məlumatlar halına gətirdiyini, ancaq bu ana qədər məlumatların xalqla və digər araşdırma quruluşları ilə paylaşmadığını önə çəkir. Meyvənin xərçəng müalicəsində istifadə edə biləcəyinə bağlı mübahisələr davam edərkən xərçəngi ram etmə mübarizəsi aparan xəstələr, “bir ümid” deyərək bu meyvəyə çatmağın yollarını axtarırlar. Guanabanadan hazırlanan kapsullar, bitki tərkibli müalicə dərmanları arasındakı yerini çoxdan aldı. Ölkəmizdə elə də çox tanınmayan meyvə, xərçənglə mübarizədə ucuz və təsirli bir vasitə olma ehtimalı ilə dünyanın öndə gələn quruluşları tərəfindən araşdırılmağa davam edilir.

21 may 2016
GO BACK