Nar
Narın qabığı qanda xolesterini azaltmaq, immuniteti gücləndirmək və əksər xərçəng xəstəliklərinə qarşı vasitədir. Nar qabığında olan ellagik turşu antioksidan, anti-mutagen və anti-xərçəng xüsusiyyətlərə malikdir. Nar qabığını qaynadılaraq içilməsi sakitləşdirici təsirdən başqa dizenteriya, ishal, bağırsaq qurdları və daha bir çox xəstəliklərlə mübarizədə faydalıdır.
Narın qabığı qədər şirəsi faydalıdır. Alimlər araşdırmalar nəticəsində nar suyundakı komponentlərin xərçəng hüceyrələrini məhv etdiyini müəyyən ediblər. Nar və nar şirəsi qan dövranına əngəl törədən zərərvericilərin yox edilməsində ən güclü vasitədir. Nardan hazırlanan narşərab da meyvənin özü qədər faydalıdır. Narşərab həzm prosesinə kömək edir. Yağ yandırıcı xüsusiyyəti sayəsində xüsusilə bel bölgəsindəki piyləri əridir.
Narşərab hər yeməkdən təxminən 15 dəqiqə əvvəl 1 çay qaşığı qəbul edildikdə toxluq hissi yaradır. Narşərabı gündə 3 dəfə yeməkdən əvvəl qəbul etsəz ayda orta hesabla 5 kq-a qədər arıqlaya bilərsiniz.
Balqabaq
Balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır. Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir. Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.Xanımlar bu şirədən dırnaq və saç qulluğunda istifadə edə bilər. Balqabaq şirəsi saç və dırnağın struktrunu möhkəmləndirir. Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür. Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.
Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Albalı yaşlanmağı qarşı bir meyvədir. Yuxu problemlərindən əziyyət çəkənlər bu meyvədən yararlana bilər. Albalı insanı depressiyadan və stressdən uzaqlaşdırır. Ürək xəstəlikləri riskini azaldır. Albalı saçları qidalandırır və tökülməsinin qarşısını alır.