Qadin.NET / Xiyarın xeyri

Xiyarın xeyri



Xiyar demək olar ki, 95% sudan ibarətdir. O, suzuzluğu çox gözəl yatızdırır.Qalan 5-6 faiz isə faydalı mineral və vitaminlər toplusudur; 2% şəkər (qlukoza, fruktoroza, nişasta), 1,5% zülal 0, 75% sellüloz, ətirli maddələr.Xiyarda B2 vitaminin miqdarı turpdakından, B1 vitaminin miqdarı çuğundurdakından, yodun miqdarı isə digər tərəvəzlərdəkindən qat-qat çoxdur.Həm də xiyarın tərkibində qlukoza, fruktoza, nişasta,askorbin turşusu (vitamin C), A, C, E, PP, H vitaminləri, karotin,xlorofil,kalium,kalsium,fosfor,maqnezium,dəmir,natrium,xrom,silisium,xlor,kobalat,sir-konium,manqan,nikel,mis,sink,aliminium,qurğuşun,gümüş,titan da var.
Xiyarın xeyri

8-12 günlük toxumluq xiyar pəhriz və müalicəvi xüsusiyyətlərə də malikdir.Xiyarda kaliumun üstünlük təşkil etməsi onun qəbulundan sonra orqanizmdə suyun hərəkətinin sürətlənməsinə səbəb olur. Xiyar güclü sidikqovucu xüsusiyyətlərə də malikdir, orqanizmdəki kiçik həcmli şişləri kənarlaşdırır,arterial təzyiqi aşağa salır, ürək ritminin pozğunluqları zamanı müsbət təsir edir.Təbii şəraitdə yetişdirilən xiyar istixanalarda yetişdirilən xiyarlardan qat-qat xeyirlidir.Xiyar ağrıkəsici,yüngülləşdirici xüsusiyyətlərə malik olmaqla yanaşı qızdırma, şiş əleyhinə effektli vasitədir.

21 may 2011
GO BACK