Onun haqqında nə bilirsiniz?
FAYDALARI :
* Sinirləri sakitləşdirir və bədəni rahatladır.
* Mədə-bağırsaq qazını götürür. Xüsusilə körpə uşaqlarda qazqovucu təsiri var.
* Həzmi asanlaşdırır. Qarın ağrılarına kömək edir.
* Minerallarla zəngin olduğu üçün duzsuz pəhrizlərdə istifadə edilir.
* Hıçqırığı kəsir.
* Əmzikli analarda südü artırır.
* Qusmanı aradan qaldırır.
* Öd və mədə şirəsinin ifraz olunmasını təmin edir.
* Sidikqovucu təsirə malikdir. Bədəndəki toksinlərin atılmasını təmin edir.
* İştah açır.
* Xərçəngə qarşı qoruyucu vasitədir.
* Toxumlarından dəmlənən çay sinirlərə yaxşı təsir edir. Sakitləşdirici xüsusiyyəti vardır. Yuxusuzluğu aradan qaldırır.
* Həzmsizliyə və ishala kömək edir. Təbii bir antiseptik olduğu üçün mikrobları öldürərək ishalın müalicəsinə kömək edir.
* Aybaşını nizamlayır.
* Allergiya, asqırma və öskürəyə qarşı yaxşı vasitədir.
* Ağızda çeynənən toxumları ağız qoxusunu önləyir. Ağız içini dezinfeksiya edir. Diş və diş ətlərini qoruyur.
* Sümük və diş üçün faydalıdır.
* Bədənə qüvvət və çeviklik verir.
* Narkotik maddələrlə zəhərlənmələrdə müalicə üçün istifadə edilir.
* Göz xəstəliklərinə yaxşı təsir edir.
Bunu da yaddan çıxarmamalıyıq ki, şüyüddən davamlı və həddindən artıq istifadə etmək şəkəri yüksəldir.