Qadin.NET / Sodanın fantastik xüsusiyyətləri

Sodanın fantastik xüsusiyyətləri

Sodanın fantastik xüsusiyyətləri

Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin sodanı bir çox sahələrdə də istifadə etmək olur.

1. Soda məişətdə də çox effektli yuyucu vasitəsi kimi istifadə olunur. Sodanın  köməyi ilə qabları, şüşələri, kafeli yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə allergiyası olan xanımlar üçün vacibdir. Soda allergiyaya səbəb olmur.

2. Soda qıcqırma və gəyirmədə tez köməkçi olur. Bunun üçün 1/2 stəkan qaynadılmiş ilıq suda 1/2 çay qaşığı sodanı yaxşıca həll edib bir nəfəsə için. Qıcqırmanın səbəbi mədədə turşuluğun artmasıdır. Soda mədədə xlorit turşusunu azaldır və bunun üçün də qıcqırma və gəyirmə aradan qalxır. 

Sodanın fantastik xüsusiyyətləri

3. Boğaz ağrısı zamanı soda ilə qar-qara çox yaxşı kömək edir.

4. Ayaqlarınızda çox bərk döyənək (mazol), dabanlarınızda çatlar varsa, sodalı vanna qəbul edin. Belə vannalar dərini çox tez yumşaldır. Daha sonra isə çatları daban daşı ilə yaxşıca sürtüb vazelin çəkin.

5. Diş iltihabı zamanında soda ilə qarqaralar çox yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan suda həll edib qarqara edin.

6. Ağcaqanadların və digər həşaratların dişləməsi çox pis qaşıntı verir. Qaşınan yerə sodada isladılmış pambıq qoyun tez kömək edəcək və qaşıntını aradan qaldıracaq. 

Sodanın fantastik xüsusiyyətləri

7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur. Bu halda da soda kömək ola bilər.

9. Quru, təmiz qoltuqaltı nahiyələrinə soda sürtün bu sizi tər qoxusundan xilas edəcək.

9. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin 15 dəqiqə sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq suyla yuyun.

19 aprel 2016
GO BACK