Qadin.NET / Fındıq yağının faydaları nələrdir?

Fındıq yağının faydaları nələrdir?

Fındıq möcüzəvi qidadır. Bədənimizdə çox fayda verir. Xolesteroldan, qan azlığına, dəri yeniləməsinə, enerjiyə qədər bir çox sahədə faydalarını saymaqla bitməz. Bol miqdarda E vitamini ehtiva edən fındıq yağı ilə də şəfa verməyə davam edir.

Fındıq yağının faydaları nələrdir?

Fındıq yağının faydaları nələrdir?

Fındıq yağı preslənərək əldə edilən yağdır. Fındıq yağının tərkibində 80% oleik turşu, 12% linoleik turşu, E vitamini, kalsium, dəmir, sink və kalium var. Oleik turşu- yüksək təzyiq riskini azaldır, qandakı xolesterolun səviyyəsini normallaşdırır. Bundan əlavə edilən araşdırmalarda ürək və damar xəstəliklərinə qarşı qoruyucu təsiri olduğu məlumdur. Diabetli xəstələrdə insulin ehtiyacını azaldır, qan şəkərini tənzimləyir. Şiş inkişafına maneə törədərək, xərçəngə qarşı qoruyucu hesab edilir. Fındıq yağında B1, B2, B6 və E vitamini bol miqdardadır.

Fındıq yağının faydaları nələrdir?

Fındıq yağı bədəndə karbohidrat, zülal və yağın maddələr mübadiləsinin özəyini təşkil edən B qrupu vitaminlərinin ən əhəmiyyətli qaynağıdır. Bu səbəblə damar sərtliyini və damar tıxanıqlığının qarşısını alır, ürək çatışmamazlığı kimi xəstəliklərdən müdafiə edir. Sonsuzluqla mübarizdə təsirli köməkçidir. Hüceyrələrdən, toxuma və orqanlara qədər yaşlanmağı yavaşladır. Xərçəng xəstəliyinin inkişafına mane olur. Yüksək nisbətdə kalsium ehtiva etdiyindən uşaqlarda sümük və diş inkişafına köməkçi olar. Sümük quruluşunu qüvvətləndirir. Yüksək miqdarda E vitamini ehtiva etdiyindən, qırmızı qan hüceyrələrinin parçalanmasını maneə törədərək qansızlığa qarşı qoyur. Saçlara çox faydalıdır.

Fındıq yağının faydaları nələrdir?

Fındıq yağı haralarda istifadə oluna bilər?

Doğumun əvvəli və sonrası, dərinin elastikliyini təmin edən və dəri çatlaqlarını aradan qaldırmaq üçün masaj ilə sürülür. Selülittə qarşı təsiri vardır. Quru dərilərdə nəmləndirici kimi istifadə olunur. Yanma dərəcəsi digər yağlara görə çox yüksəkdir. Təxminən 220 dərəcəyə qədər yanma gücü vardır. Beləcə digər yağlarda nisbətdə zəhərli təsiri yoxdur. Rahatlıqla qızartmalarda istifadə edilə bilər. Rəngsiz və qoxusuz olduğundan bütün yeməklərdə və salatlarda istifadə edilə bilər və ya gündə 1 çay qaşığı içilə bilər.

17 mart 2016
GO BACK