Ud hindi paxlalılar fəsiləsindən olan Afrika mənşəli bir ağac növüdür. Bütün tropik ölkələrdə, xüsusilə Hindistan və Misirdə yetişdirilir. Ud hindi Hind xurması olaraq da tanınır.
Ud hindi 20-25 metr boyunda böyük bir ağacdır. Orta hesabla 150 illik ömrü olan bu ağacdan ildə 225 kiloqrama qədər meyvə alınır. Çiçəkləri budaqların ucunda sarı ya da qırmızı salxımlar halında olur. Yarpaqları qida olaraq istifadə edildiyi kimi qaynadılaraq da içilə bilər.
Afrikanın bəzi bölgələrində müqəddəs ağac olan ud hindinin meyvə və qabıqları fillərə itaətli olmaları üçün yedizdirilir.
Ud hindi ağacının meyvəsi keçibuynuzu meyvəsinə bənzəyir. Bunlar yeyilir, cem və şərbət istehsalında istifadə edilir. Ud hindi ağacının yetkinləşmiş meyvələri ədviyyat olaraq istifadə edilir. Bu ədviyyatın dadı turşdur və çox qidalandırıcıdır. Bir çox yeməyə, salatlara, şorbalara, turşulara qatılır. Üzərinə şəkər tozu əlavə edib çiy olaraq da istehlak edilə bilinər. Allergik və zəhərli bir təsiri yoxdur və rahatlıqla istifadə edilə bilinər.
Susuzluq aradan qaldırıcı olaraq bilinən bu bitki Osmanlı mətbəxinə də girmişdir. Susuzluğu kəsməsi, qusma, qızdırma salması ilə tarixdə məşhurdur. Ud hindinin xurma, şəkər, bal, qərənfil, keşniş toxumu ilə edilən siropu dünyanın bir çox yerində içki olaraq istehlak edilir. Bu şərbət Osmanlı padşahı Qanuni Sultan Süleymanın ən sevdiyi içkilərdən biri sayılır.
Ud hindinin meyvələri, yarpaqları, toxumları ənənəvi tibbdə istifadə edilir. Ədviyyat olaraq isə meyvələri bütün olaraq və ya yalnız ətli hissələri istifadə edilir. Sənayedə şəkərləmələrə dad verici olaraq əlavə olunur.
Ud hindi meyvəsinin içində zülal, şəkər, A, B1, B2, B3, B5, B6, C vitaminləri, kalium, fosfor, maqnezium, kalsium, natrium, dəmir, selenium, mis kimi minerallar vardır.
Ud hindi şərbəti necə hazırlanır?
Tərkibi:
300 qram ud hindi meyvəsi
2 litr su
3 kq şəkər tozu və ya bal
Hazırlanması:
Meyvələr suyla qaynadılıb süzülür, əldə edilən mayeyə şəkər əlavə edib yenidən bir neçə dəqiqə daha qaynadılır. Bir az soyuduqdan sonra yenidən süzülür. Şərbət soyuq olaraq servis edilir.