Qadin.NET / At şabalıdı

At şabalıdı

At şabalıdı Sapindaceae ailəsindən olan ağac və ya kolların ortaq adıdır. Bu ağaclar qışda yarpaqlarını tökərlər. Sıx olaraq Balkanlarda olan və Şimal yarımkürəsində də tez-tez görülən bir ağac növüdür. Ağacın yarpaqları, qabığı və toxumları bəzi xəstəliklər üçün əsrlərdir istifadə edilməkdədir. At şabalıdı ağacı 20-30 mm-ə qədər uzanan yumru təpəli bir ağacdır. Yetişməsi üçün bol işıqlı bir mühit olması lazımdır. Yaz başında salxımlı ağ çiçəklər açar. Meyvələri 3-4 sm-dir və tikanlıdır.

At şabalıdı

At şabalıdı İstanbulda da yetişən ağaclardan biridir. Tarixçilərə görə at şabalıdı ilk dəfə Qanuni Sultan Süleymanın dövründə Avropalılar tərəfindən İstanbulda görülmüş və buradan Avropa ölkələrinə aparılmışdır. Əsrlərdir bu torpaqlarda yaşayan və vizuallıq qatması, oksigen təmin etməsinin xaricində çox da faydaları olan bir ağacdır. Eyni zamanda at şabalıdına toxunmanın insana müsbət enerji verdiyinə inanılır. Həyətinizdə bir dənə at şabalıdı əksəniz, bunun bərəkət gətirəcəyi düşünülür.

At şabalıdı

At şabalıdının faydaları nələrdir?

Xüsusilə ayaqlarda olan damar xəstəliklərinin aradan qaldırılmasına çox təsirli olan at şabalıdı ağrı kəsicidir və hüceyrələri yeniləyir. Bitkinin çiçəklərindən, toxumundan və qabıqlarından hazırlanan qarışıqlar, müxtəlif xəstəliklərdə istifadə edilməkdədir. Müxtəlif revmatizm xəstəliklərinin müalicəsində, bronxitdə, venaların varikoz genişləmələrində, öd kisəsi xəstəliklərində, həzm prosesinin pozuqluqları və gec sağalan yaralarda istifadə edilir. Bunun xaricində at şabalıdı hüceyrə divarlarını möhkəmləndirir, dərini erkən yaşlanmadan qoruyur və iltihab aradan qaldırıcı xüsusiyyətlərə malikdir.

At şabalıdı

At şabalıdı yağı

At şabalıdı yağı da revmatizim ağrılarına və günəş ləkələrinə kömək olur. İncə damarların quruluşunu qoruyaraq hamar dəriyə sahib olunmasını təmin edir. Ayaqlarda ağrı, yorğunluq, qaşınma və şişkinliyə də kömək olur.

Diqqət!

Bir çox faydası olan at şabalıdı nəzarətsiz  şəkildə istifadə edilərsə, zərərli ola bilməkdədir. At şabalıdının toxumlarında olan aescin faktor maddəsi zəhərlidir və doğru şəkildə istifadə edilməzsə, zəhərlənmələrə yol açan bir maddədir. Doğru istifadə edilmədikdə həzm sistemi pozuqluqları, qusma və qotur dəri töküntülərinə gətirib çıxarmaqdadır. Qaraciyər və böyrək xəstəlikləri olan insanlarda istifadəsi qətiliklə qadağandır. Buna görə at şabalıdı toxumundan əldə edilmiş məhsullar əsasən xaricən istifadə edilməkdədir.

14 iyun 2015
GO BACK