Qadin.NET / Keçi südünün təəccübləndirən faydaları

Keçi südünün təəccübləndirən faydaları

Keçi südü son zamanlarda xərçəngə qarşı əhəmiyyətli bir "döyüşçü" olaraq tanınır. Ancaq keçi südünün faydaları bununla məhdud deyil. Keçi südü normal südə nisbətən həmişə içilməsə də, əslində əsrlərdir şəfa verir. Belə ki, izah edilənlərə görə 16-cı əsrdə xəstələnən Fransa Kralı 1-ci François Qanuni Sultan Süleymanın göndərdiyi keçi südü ilə sağlamlığa qovuşur. İndi keçi südü Avropada xüsusi əczəxanalarında satılır. Sanki təbii bir dərman vəzifəsi görən keçi südünü daha yaxından tanıyaq.

Keçi südünün təəccübləndirən faydaları

Normal südə nisbətən tərkibində daha cox kalsium, maqnezium və vitamin doludur. İçində olan kalsium nisbəti ana südündən belə dörd qat coxdur. Bu səbəblə də sümüklər üçün inanılmaz faydalıdır.

Ana südünə ən yaxın süd keçi südüdür. Xərçəngə qarşı qorunmada təsirli olan selenium baxımından zəngindir. Kolonda zərərli bakteriyaların olmasına mane olar.

Keçi südünün təəccübləndirən faydaları

Asan həzm edildiyinə görə həzmsizlik və qəbizlik problemi çəkənlərə tövsiyyə edilir. Daimi istifadə akzema, astma, həzm narahatlıqlarının azalmasına köməkci olur. Varikozun müalicəsində dəstəkləyici olaraq istifadə edilir. Keçi südündə allergiyaya səbəb olan beta kazein digər südlərə nisbətdə daha az var. Bu səbəblə zülal allergiyası olanlar üçün keçi südündə allergiya riski daha azdır.

İltihablanmaya qarşı yağ turşuları saxlayır.

Keçi südünün təəccübləndirən faydaları

Dəri xəstəliklərini yaxşılaşdırmaqda dərman müalicəsinin yanında dəstəkləyici vasitə olur. Əlavə olaraq keçi südündən hazırlanmış təbii sabunlar qara nöqtələri təmizləmək və məsamələri sıxılaşdırmaqda son dərəcə təsirlidir.

Zərər görmüş dəri quruluşuna təsirli olan A vitamini baxımından zəngindir. Alfa-hidroksil turşusu təşkil etdiyi üçün dərini ölü dərilərdən təmizləyir. Təbii bir nəmləndiricidir. Dərini rahatlaşdırar. Ən əsası dəri xərçənginin qarşısını alır.

21 may 2015
GO BACK