Qadin.NET / Pamelo nədir və faydaları nələrdir?

Pamelo nədir və faydaları nələrdir?

Pamelo faydası saymaqla bitməyən meyvələr arasında yer alır. Ağac qovunu olaraq da bilinən meyvənin faydaları nələrdir? Ağac qovunu zəif sürətlə böyüyən bir ağacdır. 3 yaşına gəldiyində meyvə verməyə başlayır. Meyvəsinin boyu enindən böyük, ümumiyyətlə, 12-15 sm arasındadır. Qabığı qalın, sərt və qoxuludur. Xarici qabığı üzərində əyrilik və çıxıntılar vardır.

Pomelo, ağac qovunu və ya  Çin qreyfurtu olaraq da tanınır. Bir çox faydası olan bu meyvə ən çox Aralıq dənizi ətrafı, Hindistanın bəzi bölgələri və Orta Amerikada yetişir.

Pamelo nədir və faydaları nələrdir?

Pomelonun qabığı sarı rəngdə, hamar quruluşdadır. Bu meyvənin şəkli yumru, yüngül yastı görünüşdədir. Bununla bərabər biraz turş, çox çəyirdəkli bir meyvədir.

Bəzi yerlərdə pomelo qurusundan geniş istifadə edilir. Ağac qovunu olaraq da bilinən meyvənin saysız faydası vardır. Yarpaqları həzmi asanlaşdırır, nəfəs alışını rahatlaşdırır.

Meyvənin qabığı çeynənilərsə, ağızdan gələn pis iyi aradan qaldırar. Qabığının suyu ilə yaralar sarğı edilərsə, yaranın sağalmasını asanlaşdırar.

Pomelonun qabığı xəmir işlərində, şokoladlarda və cem istehsalında, yemək souslarında da istifadə edilməkdədir.

Pamelo nədir və faydaları nələrdir?

- Pomelo meyvəsi kapilyar damarları gücləndirir.

- Qəbzliyi aradan qaldırır.

- Mədə və ürəyi qüvvətləndirir.

- Sürətli ürək döyüntüsünü aradan qaldırar.

- Qızdırmaya yaxşı gəlir.

- Pamelonun yarpağını iyləmək baş ağrısını keçirər, fərahlıq verər.

- Yarpaqları həzmi asanlaşdırır, nəfəsi rahatlaşdırar.

- Çəyirdəkləri əzilib ac qarınına su ilə içilsə, bağırsaq qurdlarını təmizləyər.

- Çəyirdəyinin külü diş diblərinə faydalıdır.

- İlan sancan insana suyunu içirtmək faydalıdır.

- 5 qram quru meyvə qabığı döyülüb bir stəkan su ilə içildiyi zaman mədə sancısını yox edər.

- Soyuqdan ağrıyan dişlərin üzərinə qoyulduğu zaman ağrının keçəyinə kömək edir.

- Çiçəyini iyləmək beyni qüvvətləndirir. 

15 may 2015
GO BACK