Qadin.NET / Zeytun yağının faydaları

Zeytun yağının faydaları

ZeпїЅtun  yağı-zeytundan  hazırlanan ən önəmli məhsuldur. Zeytun yağı dünyada ildə 1,6-2,6 milyon ton istehsal edilir.Zeytun yağı zeytunun əzilib sıxılması,qara su adlanan hissəsinin ayrılması ilə əldə edilir.Bu proses tamamilə fiziki üsulla aparılır,heç bir kimyəvi metoddan istifadə edilmir.Bu yağ Aralıq Dənizi ölkələrində yüksək miqdarda istehlak edilir.Burada yaşayan insanların sağlamlığında ürək-damar xəstəlikləri,xərçəngin daha az olması ilə diqqət çəkirlər.Zeytun yağı ürək-damar xəstəliyi olan insanlarda xolestrolun azalmasına yüksək dərəcədə kömək edir.Həmçinin xərçəng xəstəliyinin müalicəsində də əsas rol oynayır.Yağın təkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə xərçənglərin inkişafına mane olduğu həkimlər tərəfindən söylənir.Bundan əlavə qalın bağırsaq,döş xərçəngi,mədə yarası xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

 Alimlər zeytun yağının hələ kəşf edilməmiş başqa xüsusiyyətləri olduğuna da inanırlar.Hal hazırda dərman, kosmetika  sənayesində qatqı maddəsi kimi geniş istifadə olunur.Xalq arasında isə illərdən bəri bir çox saç,dəri xəstəliyində zeytun yağından istifadə olunur.  Bu qədər çox faydası olan,ölkəmizdə də istehsal olunan zeytun yağı insanlarımız tərəfindən çox təəssüf ki,yetərincə istifadə olunmur.Sağlamlığının qeydinə qalmaq istəyən insanlar mütləq zeytun yağından lazımınca istifadə etsinlər, faydasını özləri görəcəklər. 

27 aprel 2011
GO BACK