Qadin.NET / İtburnunun faydaları

İtburnunun faydaları

İtburnu dəmləmələri bir çox xəstəliklərin dərmanıdır.


 

 

1.Əgər üzünüzdə olan çəhrayi rəngli yəni bizim “uqri” dediyimiz nöqtələr varsa onda köməyinizə itburnu gəlir

 

10 qram itburnunu 10ml suda qaynadırıq.5 dəqiqə qaynadıqdan sonra 1 saat soyudruq sonra alınmış lasyon ilə səhər və axşam üzümüzü silirik.


 

İtburnunun faydaları
2.Matkanın soyuqdəyməsi zamanı:

1 xörək qaşığı itburnu dənəsinə2 stəkan suda 10 dəqiqə qaynadırıq, sonra bir sutka qalır və üzərinə zövqə görə şəkər tozu əlavə edib gündə 2-3 dəfə yarım stəkan içirik.

 

 

İtburnunun faydaları
3.Qastrit zamanı:

2 hissə bağayarpağı, 2 hissə çobanyastığı, 1hissə itburnu, 1 hissə boymadərən otu (tisyaçelist)

Bu qarışıqdan 2 xorək qaşığı götürüb yarım litr suda qaynadırıq. Sonra 6 saat termosda saxlayırıq, sonra yeməkdən sonra gündə iki dəfə yarım stəkan içirik.

 

 

İtburnunun faydaları

 

 

4.Zəif görmə zamanı

1 xörək qaşığı itburnu götürüb 2 stəkan suda 5 dəqiqə qaynadırıq. Soyuduqdan sonra yarım stəkan olmaqla gündə iki dəfə qəbul edirik.

 

5.Bədənin zəifləməsi və ağır fiziki yorğunluqdan sonra  bu müalicəvi çayı için

25qram quru itburnu, şalfe yarpağı, nanə yarpağı, qınıq out yarpağı və çobanyastığı

Bunları bir-birinə qatıb 2 xörək qaşığı götürüb 2 stəkan suda qaynadırıq. Sonra 8 saat saxlayırıq. Səhər yeməyindən və nahardan sonra  yarım stəkan axşam isə 1 stəkan içirik.

 İtburnunun faydaları


 

14 may 2011
GO BACK