Qadin.NET / Faydaları saymaqla bitməyən 14 qida

Faydaları saymaqla bitməyən 14 qida

Dünyanın ən sağlam qidalarından ibarət bir siyahı hazırlanıb. Budur faydaları saymaqla bitməyən 14 qida.

 

 

Ağ tut:

 * Bədənə qüvvət verər, qan azlığına yaxşı təsir edir.
* Ağız, badamcıq və boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
* Temperaturu salar.
* Qaraciyəri qüvvətləndirər.
* Mədə və bağırsaqların düzgün çalışmasına kömək edər.
* Xüsusilə yeməklə birlikdə məğlub həzmi asanlaşdırır.
* Aç qarına yeyilən ağ tut bağırsaq qurdlarını salır. Və bağırsaqları rahatlaşdırır.

Çiyələk:

 Xüsusilə dəri üçün çox faydalı və böyrək iltihabına qarşı çox təsirlidir ...
* Çiyələk bədənə qüvvət verir.
* Xolesterini salar və damar tıxanıqlığının qarşısını alır.
* Eyni zamanda çox yaxşı bir antioksidant olan çiyələk immunitet sistemini gücləndirir. Xərçəngə qarşı qoruyucudur.
* Həzm sisteminin nizamlı işinə çox faydalıdır. Bağırsaq qurdlarını tökür.
* Qanı təmizləyir.
* Diş ətlərini gücləndirir və ağız qoxusunu aparır.
* Sakitləşdirici təsiri ilə təzyiqi salır və stressi azaldır.
* Revmatizm və qaraciyər xəstəliklərinə yaxşı gəlir.
* Dərini nəmləndirir, təravət və gözəllik verir.
Bir tövsiyə: çiyələyi əzərək püre halına gətirin. Süd ilə qarışdırıb bunu dəri təmizləmədə və dərini canlandırmada istifadə edə bilərsiniz.

Böyürtkən:

 Dəri cavanlaşdırıcı xüsusiyyəti var. 
* Ayaqlardakı şişlikləri azaldır.
*Yüksək təzyiqi salır
* Gözlərdəki zəifliyi aradan qaldırır.
* Xaricdən istifadə edildiyi təqdirdə ağrıları dindirir, yanıqları yaxşılaşdırır.
* Kökü qaynadılıb, suyu içiləcək olsa qandakı şəkər miqdarını salar.

Noxud:

 Amerikalı mütəxəssislərin hazırladığı ən faydalı qidalar siyahısında xüsusi bir yeri var ... Qanı təmizləmə xüsusiyyəti bənzərsiz olaraq xarakterizə edilir. Xüsusilə uşaq astımlarında əhəmiyyətli təsirləri var.
* Bədənə qüvvət verər.
* İştah açar.
* Bağırsaqları yumşaldır.
* Ana südünü çoxaldan qidalardandır.
* Öskürəyi kəsər.
* Damar tıkanıqlığını aradan qaldırar
* Sinə xərçənginə qarşı qoruyucudur.

Yaşıl mərcimək:

 * Qida dəyəri olduqca yüksək olan mərcimək bədənə və zehinə güc verər. İmmunitet sistemini qüvvətləndirər.
* Gözlərə də faydalıdır.
* Enerji verir və yorğunluğu aradan qaldırır.
* Qansızlara faydalıdır.
* Ana südünü attırır.
* Qandakı xolesterin faizini aşağı salır və qan axışını sürətləndirər.
* Ürək və damar xəstəlikləri ilə şəkər xəstəliyindən qoruyur.
* İnfarkt riskini azaldar.
* Bağırsaqları işlədərək bədəndəki zərərli maddələrin uzaqlaşdırılmasını asanlaşdırır və qəbzliyi aradan qaldırar.
Bir tövsiyə: Yaşıl mərciməyin suyu çox faydalıdır. Qaynadıb o suyu içsəniz əzələ ağrılarından xilas olarsınız.

Quru paxla:

 * Quru paxla sinirləri də qüvvətləndirər.
* Şəkər xəstəliyinə yaxşı gəlir
* Revmatizm və böyrək narahatlıqlarına qarşı dərman təsiri vardır.
* Ürək və damar tıkanıqlığının qarşısını alır.
Bir tövsiyə: Məlum olduğu kimi quru paxla qaz etməsi ilə də məşhurdur. Bunun qabağına keçmənin bir xüsusi nöqtəsi var. Paxlalıların qaz etməsinin qarşısını islatmayla almaq olar. Bu səbəblə quru paxla bir gün suda saxlandıqdan sonra bişirilməlidi.

Süd:

 Elm adamlarının siyahısında olmazsa olmazlar arasında sayılır. Xərçəng önləyici xüsusiyyəti artıq elmi olaraq da sübut edilmiş vəziyyətdə. Uşaqların inkişafı üçün isə əhəmiyyətli təsirləri var.
* Həzm sistemini nizama salar.
* böyümə və inkişafı dəstəkləyir.
* Dişləri qoruyar və çürükləri qarşısını alır.
* Saç və dırnaq meydana gəlməsində rol oynayır.
* Yaraların tez bağlanmasına yardımçı olur.
* Beynin inkişafında və işində faydalıdır.
* Sümükləri sərtləşdirir.
* İmmuniteti gücləndirir.
Bir tövsiyə:* Dirsəkləriniz sərtləşərək qurumağa başladısa; bir parça pambığı südlə isladaraq dirsəklərinizə sürərək 15 dəqiqə gözləyin. Bu tətbiqi bir həftə təkrarlayın. ipək kimi hamar dirsəklərə sahib olacaqsınız.

Qatıq:

 İmmunitet sistemini gücləndirir. 40 yaş üstünün çox qəbul etməsi təklif edilir. Xüsusilə rejim edənlərdə əhəmiyyətli təsirləri var.
* Zərərli bakteriyaların törəməsini dayandıraraq bağırsaqların nizamlı olaraq işini təmin edir.
* Həzm sistemi işlədər mədə xəstəliklərinin qarşısını alır.
* Şəkər xəstələri üçün faydalı bir qidadır, qan şəkərini tənzimləyici təsiri vardır.
* Xərçəng riskini azaldır.Bədəndəki xolesterin miqdarının azalmasına kömək edir.
* Rahatladıcı təsiri vardır. Bu səbəblə yaxşı və rahat bir yuxu üçün idealdır.
* Antibiotik istifadə edənlər, dərmanın təsiriylə zərər görə biləcək xeyirli bakteriyaların qorunması məqsədilə qatıq yeməlidir.

Pendir:

 Nahar masalarının vazgeçilmezi olan pendir, süfrələrdan əsla əskik edilməməli.
* Zülal və kalsium baxımından zəngindir.
* Yaxşı bir B12 vitamini və fosfor qaynağıdır.
* Pendir də süd kimi yaxşı bir kalsium qaynağıdır. Süd sevməyənlər üçün pendir kalsium baxımından yaxşı bir mənbədir.

Qırmızı ət:

 * B12 vitamini var. Bu vitamin isə bədən üçün çox vacibdir. Əksikliyi sonrakı yaşlarda çətinlik yaradır.
* böyümədə əhəmiyyətli təsiri vardır. Xüsusilə uşaqların mütləq qəbul etməsi lazımdır.
* B12 vitamini sayəsində sinir hüceyrələrinin böyüməsində rol oynayır.

Balıq əti:

 Balıq da hər kəs üçün faydalı B, A və D vitaminlərindən bol miqdarda var. Tərkibindəki qoruyucu yağ turşusu ilə ürək xəstələrinin süfrələrindən əskik etməməsi lazım olan qidaların başında gəlir.
* Balıq əti, qırmızı ətə nisbətən daha az yağlıdır və bəzi xüsusi yağ turşuları daxildir.

* Bu yağ turşuları qanda laxta yaranmasına maneə törədərək, arteriyanın tıxanmasının qarşısını alır, beləcə infarkt və iflic riskini azaldır, təzyiqi aşağı salır.
* Şəkər xəstələrinin, ürək xəstəliyi və iflic riskindən daha çox təsirləndikləri üçün digər insanlara görə daha çox balıq yeməlidir
* Balığın kılçığında olan yüksək nisbətdəki kalsium və fosfor sümüklərin sağlamlığı və dayanıqlılığı baxımından əhəmiyyətlidir.

Hindi əti:(Hind toyugu-hindushka)

 Hindi əti qırmızı ətə görə daha iqtisadi, zülal baxımından da dana ətinə daha yaxındır. Ona görə də süfrədə yeri olması lazım olan bir qidadır.
* Həzmi asandır.Xəstə -sağlam hər kəsə tövsiyə olunur.
* Qocalmağa qarşı müqavimət yaradır.

Qoz:

 Tərkibindəki fosfor və kalsium səbəbiylə zehni yorğunluğu aradan qaldırır, sümük və dişləri gücləndirir. Kalium baxımından olduqca zəngindir. Kalium, əzələ toxumasının çalışması üçün lazımdır.
* Dəmir baxımından, olduqca zəngin bir qida maddəsidir.
* Bal ilə qarışdırılıb yeyilərsə soyuq almış mədəyə yaxşı gəlir
* Damar sərtliyinin qarşısını alır.
* Şəkər xəstələri üçün həyati əhəmiyyəti olan insulini artırar
* Vərəm mikrobuna qarşı qoruyar.
* Qoz yağı, mədə və bağırsaqları təmizləyərək, yumşaq qalmalarını təmin edir.

Fındıq:

 Hər gün yalnız 25-30 qr fındıq yemək, gündəlik E vitamini ehtiyacını qarşılayır.

* Çox yaxşı bir enerji qaynağıdır. Bədənə güc və enerji verir. Bədən və zehin yorğunluğunu aradan qaldırır.
* Fındıq, ürək və damar sağlamlığı baxımından çox faydalıdır. Xolesterini salar. Ürək ritmini nizamlamağa köməkçi olar. Daimi olaraq hər gün fındıq yemək infarkt keçirmə riskini azaltmaqda çox təsirlidir.
* Qansızlığa yaxşı gəlir. Bədən və sümük inkişafını dəstəkləyir. Hamilələrin həm özləri üçün, həm də doğulacaq uşaq üçün fındıq yemələri çox faydalıdır.
* Fındıq, soyuqdəymə və ağciyər xəstəliklərinə də faydalıdır.
* Bundan başqa, dərini gözəlləşdirir.

Sağlam qidalanın,sağlam olun! 

4 may 2011
GO BACK