Qadin.NET / Meyvələrin insan orqanizminə göstərdiyi təsir

Meyvələrin insan orqanizminə göstərdiyi təsir

Moruq:

   Yaxşı tərlədici vasitə kimi soyuqdəymədə işlədilir. Moruqu qaynadıb ona bal qatdıqda xroniki revmatizmdə və qızılcada müalicəvi vasitə kimi istifadə edilir. Tərkibində purin çox olduğu üçün podaqra ,böyrək xəstəliklərində yemək olmaz.30 q meyvənin üstünə 200 q isti su  tökülüb 20 dəqiqə dəmlənir .Bundan tərləmək üçün gecə 2 stəkan içilir.

 

 

Albalı:

    Albalı şirəsi bəlğəmgətirici ,yüngül qarınişlədici xassəyə malikdir ,qıcqırma prosesini azaldır.

 

 

 

Böyürtkən:

    Böyürtkənin meyvəsini və dəmləməsini sakitləşdirici və orqanizmi möhkəmləndirici vasitə kimi klimaks dövründə istifadə etmək məsləhət görülür. Qarının yaxşı işləməsinə şərait yaradır.

 

 

Meşə çiyələyi:

   Meşə çiyələyindən ürək damar sisteminin xəstəliklərində ,hipertoniyada , aterosklerosda ,podaqrada və duz mübadiləsinin digər pozğunluqlarında istifadə olunur . Meşə çiyələyi bağırsaqların fəaliyyətini nizamlayır.

 

Əncir:

    Ürək – damar sisteminin xəstəliklərində çox xeyirlidir. Süddə bişirilmiş ənciri yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəmgətirici vasitə kimi qəbul edirlər. Ənciri kökəlməyə meyl olduqda ,podaqrada , kəskin xolitlərdə ,şəkər xəstəliyində yemək olmaz.

 

Alma:

   Tərkibində çoxlu miqdarda üzvi turşular ,pektin ,fitonsidlər, mineral maddələr vardır. Şəkər xəstəliyində , kökəlməyə meyl olduqda turş almalar , ürək damar xəstəliyində ,podaqrada , daş əmələ gəlməyə meyl olduqda şirin almalar yemək məsləhət görülür. Almadan bişirilən kompotda c vitamini yaxşı qalır.

25 aprel 2011
GO BACK