GAVALI-müalicəvi meyvədir.Tərkibində 16 % şəkər,külli miqdarda K,pektin,C,B1,PP,karotin,üzvi turşular var.Gavalı (ələxsus,qurumuş qara gavalı) yumşaldıcı və sidikqovucudur.atreskeleroz,qara ciyər,ürək,böyrək,hipertoniya üçün vacibdir.
QARA QARAĞAT-itburnudan sonra C vitamini ilə zəngin olan ən qiymətli bitkidir.Tərkibində 300 mq / % qədər C vitamini,çoxlu B1,PP vitaminləri,karotin,K,Fe,limon turşusu,alma turşusu və digər üzvi turşular,pektin,16 % qədər şəkər vardır.Mədə yarasına,qastritə (turşusu az olanda),ateroskeleroza,böyrək xəstəliklərinə qarşı,maddələr mübadiləsi pozulanda və qan azlığı baş verəndə istifadə olunur.
BORANI-tərkibində K,Ca,Mg,Fe,şəkər,C,B1,B2,PP vitaminləri,karotin,zülal və.s. vardır.Vərəmə qarşı yaxşı vasitədir.Tumundan qarın qurdunu salmaq üçün istifadə olunur.Boranı,əsasən,ürək,böyrək,piylənmə,hipertoniya,qəbzlik xəstəliklərinə qarşı səmərəli vasitədir.
QARPIZ-tərkibində C,PP,B1,B2 vitaminləri,karotin,pektin,K,karbohidrat zəngindir.Böyrək,ürək-damar (o cümlədən,hipertoniya) xəstəlikləri vaxtı istifadə olunur,orqanizmdən zəhərli maddələri çıxaran gözəl vasitədir.
YEMİŞ-tərkibində 13 % şəkər,bundan əlavə bolluca C,PP vitaminləri,karotin,Fe və.s. vardır.Qəbzlik,aterozkeleroz,babasil,ürək-damar və qan xəstəliklərinin müalicəsində istifadə olunur.XATIRLADIRIQ:yemişi yalnız ayrıca qida kimi qəbul etmək lazımdır.