Özünüzü göyərtiyə etibar edin!
Bilirsinizmi ki, gün ərzində şüyüd, cəfəri, və keşniş dəstəsi orqanizminizin nə qədər qeydinə qalır? Amerika alimləri hesab edirlər ki, gün ərzində göy qurşağının rənglərinə uyğun olaraq 7 rəngdə məhsuallarla qidalanmalısınız.Ən çox üstünlüyü isə göyərtiyə verin.Çünki o, bitki antioksidantları ilə zəngindir.Hüceyrələri xərçəngin əmələ gəlməsinə şərait yaradan azad radikallardan qoruyur..
Cəfəri: Tərkibində çoxlu kalium, kalsium, dəmir, fosfor və C vitamini var. Orqanizmin qoruyucu gücünü möhkəmləndirir, görmə qabiliyyətini, dərinin rəngini və vəziyyətini yaxşılaşdırır, həm də sidikqovucu effektə malikdir.
Şüyüd: C vitamini, kalium, dəmirlə zəngindir.Qanazlığı, hipertoniya, mədə-bağırsaq pozğunluqları kimi xəstəliklərdə faydalıdır.
Keşniş: B və PP qrup vitaminləri ilə zəngindir.Sinir sistemini stresdən qoruyur, dərini təravətləndirir, ürək və bağırsağın yaxşı işləməsinə kömək edir. Güclü antioksidantdır.
Yadda saxlayın: Göyərtini yeməkdən sonra yox, yemək vaxtı və ya yeməkdən əvvəl yeyin!
Üzdə şişmə, varikoz xəstəliyi, hipertoniya üçün Şüyüdün və keşnişin budaqları, cəfərinin kökü və göyərtisi xeyilidir.
Cəfərinin tərkibində elə birləşmələr var ki, böyrəklərdə, sidik kisəsində olan daşları və qumu əridib çıxardır.
Şüyüd və cəfəri nəfəsi təravətləndirir.