Vitaminli yer alması
Kartof nəinki demokratik, universal məhsul, eyni zamanda, çox faydalı, hətta müalicəvi ərzaqdır.Təzə kartof özünün bütün mineral və vitaminlərini bizə bəxş edir.
Birinci hədiyyə C vitaminidir. Yerdən təzə çıxarılmış 100 qram kartof yumrusunun tərkibində 20 milliqram askorbin turşusu mövcuddur. Bu isə C vitamininə olan sutkalıq tələbatın üçdə bir hissəsidir. Kartofun tərkibində B vitamini qrupunun bütöv bir ailəsi yaşayır. B1,B2,B5,B6, və k, pp vitaminləri və karotin.
Kartofun mineral tərkibi çox zəngindir. Onun tərkibi xüssusən kalium duzları çoxdur-digər meyvə və tərəvəzlərdən 1,5-2 dəfə artıq. Bundan başqa kartof sümüklər üçün zəruri olan fosfor və kalsium ilə zəngindir. Faydalə minerallar -maqnium, natrium, dəmir, sink, miss, manqan və kobalt da mövcuddur.
Minerallar yaşamalıdır
Təzə kartofun ən yaxşı hazırlanma üsulu onu qabıqla bişirməkdir. Bunun üçün təxminən eyni ölçülü kartof yumruları seçərək, onları təmizləmək və üzərinə bir qədər yağ sürtmək lazımdır. Sonra xaçvari kəsik edərek, sobada güclü isitmə şəraitində bişirmək lazımdır. Kartof hazır olduqda, kesik nahiyəsində gül kimi açılır. Süfrəyə gətirilərkən, kəsik üzərinə yağ parçası qoyulur, kartofun üzərinə isə doğranılmış göyərti səpilir. Bu təamı qabıq ilə yemək xüsusilə faydalıdır.
Kartof dərmanı
Çiy təzə kartof şirəsi qiymətli dərman hesab olunur. O, xüsusən həzm sistemi xəstəlikləri-mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, qastrit, qıcqırma, qəbizliyə meyllik zamanı yaxşı kömək edir. Onu bir ay ərzində, yeməkdən 20- 30 dəqiqə əvvəl yarım stəkan içmək tövsiyə olunur.
Təzə kartof şirəsinin tərkibində arterial təzyiqi endirən daha bir mualicəvi maddə-asetilxolin mövcuddur. Kartof şirəsi qadın xəstəliklərinə, o cümlədən uşaqlıq miomasınıda müalicə edir. Bu məqsədlə, 2-3 həftə ərzində gündə 2-3 dəfə 100-200 milliqram təzə şirə içmək lazımdır. Kartof eləcədə, oynaqları şlaklardan azad etməya kömək edir. Bunun üçün üç ay ərzində yalnız kartofla özü də qabıqlı və həlim ilə qidalanmaq lazımdır.
Yaman kartofdur-Əl vurma!
Ən təhlükəli kartof -ötən ildən qalmış və göyərmiş olanlardır. Onun tərkibində kartof zəhəri -solanin toplanır ki, o da baş ağrıları, ürəkbulanma, qarın şişməsi və hətta ruhi reaksiyanın ləngiməsini törədə bilər.
Sağlamlığınıza qənaət edərək köhnəlmiş kartof saxlamayın.