Şekspir bu bitkini sadiqlik, xatirə, əbədilik simvolu kimi öz əsərlərində təqdim edib. Bu ətirli gözəl bitki dəniz kənarında bitdiyi və dəniz damcılarına bənzədiyi üçün onu "dəniz şehi" adlandırırlar.
Çəmənotunun vətəni Aralıq dənizi hesab olunur. Hal-hazırda bu bitkiyə Portuqaliya, İspaniya, Marokko və Fransanın dəniz kənarında rast gəlmək olar.
Orta əsrlərdə çəmənotu ilə bağlı bir çox əfsanə, deyim, əlamət və adət-ənənələr varidi. Bu bitkinin budaqlarını və güllərini təzə gəlinlər saçlarına bəzək kimi sancardılar, bəd nəfsdən və nəzərdən qorunmaq üçün yarpaqları üst geyimlərə sancılardı, bağda əkilən kolları isə evi pis qüvəllərdən qoruyan sınaqdan çıxmış vasitə hesab olunurdu.
İngiltərədə 16-cı əsrdə düşünürsülər ki, bağda, bağçada bitən rozamarin kolları evdə hökmranlığın qadının əlində olduğunu göstərir və buna görə də kişilər məcbur olub bu ətirli bitkini məhv edib yalnız müəyyən miqdarını mətbəx üçün saxlamışdılar. Çəmənotunun təamlara gətirdiyi xüsusi dad və ətir əlbəttə ki, mövhümatlara qalib gəlib mətbəxin sevimli ədviyyatlarından seçildi.
Çəmənotunun tərkibindəki efir yağları və antioksidantların sayəsində xərçəng xəstəliyinə qarşı mübarizə aparır. Müəyyən dərəcədə orqanizmi təravətləndirən çəmənotu immun sistemi də səmərəli şəkildə möhkəmləndirir, əsəb sistemində yaranan gərginliyi bərpa edərək sakitləşdirir, üək-damar sistemini qüvvətləndirərək daxildə yaranan iltihabın qarşısını məharətlə alır.
Mətbəxə ətir və dad gətirən bu faydalı bitkidən bir çox ət və balıq yeməklərində, şorba və sousların hazırlanmasında istifadə edilir. Salatların tərkibində çəmənotunun görünüşü o qədər gözəldir ki. Bu cəlbedici otun dadı nanənin dadına bənzəsə də, ondan bir az şirindir. Dana, quzu, toyuq və balıq ətinin hazırlanmasında çəmənotunun istifadəsi sanki bu yeməklərə iri bir gül dəstəsinin xoş ətirini əlavə edir. Əziz Qadın.Net-lilər, qril və kabab hazırlayanda çəmənotunun yarpaqlarnı közün üstünə atmağınız yetər ki, heyranedici ətir hər yeri bürüsün. Təzə-tər çəmənotu göy soğan, pomidor, mərci, göbələk, yumurta, müxtəlif tərəvəzlər və pendirlə gözəl şəkildə uyğun gəlir. Çəmənotunun həm qurudulmuş, həm də təzə halda istifadəsi məqsədə uyğundur.