Qadin.NET / Sağlam qidalar

Sağlam qidalar

Sağlam qidalanmaq orqanizmimiz üçün düşündüyümüzdən də faydalıdır. Sağlam həyat tərzi sürmək üçün lazım olan 10 əsas qida: 

Yaşıl çay
Çayın hər növü ləzzətli içkilər arasında olsa da, yaşıl çay üzərində ən az işlənilmiş çay olduğu üçün antioksidant baxımından çox zəngindir. Diabet, köklük və ürək xəstəliklərinə qarşı qoruyucudur. Xərçəng üzərində də təsiri vardır. Belə ki, prostat və sinə xərçənginin irəliləməsinin qarşısını alır.
Sağlam qidalar
Yaşıl bibər
Hər gün yaşıl bibər yemək insanı həm arıqladır, həm də immuniteti gücləndirir. Eyni zamanda lif, A vitamini və kalsium anbarıdır. 
Brüssel kələmi
Brüssel kələmi dad baxımından ləzzətli olmasa da, tərkibindəki omeqa3, A, B6 və C vitamini olduğu üçün çox faydalı tərəvəzdir. Eyni zamanda ürək xəstəlikləri və xərçəngə qarşı da qoruyucu təsiri vardır.
Kivi
Kivi C vitamininin anbarıdır desək, yanılmarıq. Çünki C vitamini ən çox kivinin tərkibindədir. Əlavə olaraq tərkibində antioksidant maddələr, lutein və zeaksantin vardır. Gözlər üçün çox faydalıdır. Gündə üç ədəd kivi yemək təzyiqi salır.

Sağlam qidalar

Reyhan

Reyhanın tərkibində lif, A, C, K və B6 vitaminləri ilə yanaşı kalsium, sink və dəmir də vardır. Stress hormonu olaraq tanınan kortizolun bədəndəki səviyyəsini aşağı saldığı üçün insanı psixoloji olaraq da rahatlaşdırır. Sızanaqlar üçün də faydalıdır. 

Kəklikotu

Bir çay qaşığı kəklikotunun tərkibində gündəlik lazım olan dəmir, A, C, E və K vitamini var. Eyni zamanda yaddaşı gücləndirir və ağız bakteriyalarına qarşı təsirlidir.

Sağlam qidalar
Yaşıl paxla
Yaşıl paxlanın tərkibində çoxlu miqdarda lif və folat vardır. Həmçinin tərkibində A, K və C vitaminləri də var. Eyni zamanda müxtəlif mineralları və vitaminləri də öz tərkibində ehtiva edir. Hər gün 10 ədəd yaşıl paxla yeməklə orqanizmimiz üçün çox faydalı olan C vitaminini qəbul etmiş olarıq.
Zeytun
Zeytun yağında olduğu kimi zeytunun da tərkibində təkli doymamış yağlar mövcuddur. Bədəni artrit, diabet və xərçəngə qarşı qoruyar. Tam olaraq yetişmədən yığılmış yaşıl zeytun daha da faydalıdır.
Sağlam qidalar
18 sentyabr 2014
GO BACK