Qadin.NET / Keçi südü və onun faydaları

Keçi südü və onun faydaları

 


Keçi südü böyüklərə və uşaqlara tibbi baxımdan məsləhət görülən ən təbii içkidir.Bu süd əsasən mədə ağrılarında, maddələr mübadiləsi pozulduqda, bronxların iltihabında əvəzedilməz əhəmiyyətə malikdir. Keçi südü immuniteti gücləndirir və qocalmanın qarşısını alır. Tərkibi A və D vitaminləri ilə zəngindir.

 

Saçların və dırnaqların möhkəmlənməsini, göz nurunun artırılmasını, dərinin təmiz və təravətli olmasını təmin edir.Həmçinin keçi südündə B,B2 və C vitaminləri yeterincə mövcuddur. Keçi südünü təzə-təzə içdikdə daha keyfiyyətli və təsirli olur. Əks halda onun zəngin tərkibi tez bir zamanda parçalanır. Keçi südü əldə olunandan 2-3 gün sonra içilərsə, bu artıq dərman yox, sadəcə  dadlı bir içəcək kimi orqanizmə daxil olur. 

Keçi südü kalsium, fosfor, maqneziumla boldur. Bu tərkib də bədəndən xolesterinin sürətlə çıxmasını və ateroskleroza qarşı müalicəvi  profilaktikasını həyata keçirir.

Hər kəsə sağlam və güclü immunitet diləyirəm...Əzizlərim bəs,siz necə,heç keçi südü içmisinizmi?

3 iyul 2011
GO BACK