Qadin.NET / 5 möcüzəvi ot və faydaları

5 möcüzəvi ot və faydaları

Daxili xəstəliklər mütəxəssisi Dr. Ayça Kaya həm son dərəcə sağlam, həm də arıqlamağa köməkçi otların faydalarını izah edir.  Budur, sağlığımıza sağlıq qatan 5 möcüzəvi ot barədə məlumatlarla tanış olun.

5 möcüzəvi ot və faydaları
Cəfəri
Cəfəri ən qüvvətli şiş təmizləyici tərəvəzdir. C vitamini ilə də çox zəngindir. Tərkibindəki E və K vitaminlərinin hüceyrələri cavanlaşdırıcı xüsusiyyəti vardır. Bağırsağın dostudur. Çox tez-tez şiş problemi yaşayırsınızsa, cəfərinin sidikqovucu özəlliyindən faydalana bilərsiniz. Cəfərinin suyunu içməyə deyil, özünü yeməyə diqqət edin. Xüsusilə səhərlər naharda yarım dəstə bol limonlu yesəniz, daha asan arıqladığınızı görərsiniz.
5 möcüzəvi ot və faydaları
Şüyüd
Tam bir iştahkəsicidir. İçində yüksək miqdarda C və E vitamini vardır. Hər cür salatlarınızda, tərəvəz yeməklərinizdə və şorbalarınızda istifadə edə bilərsiniz. Pəhriz müddətində iştahı idarə etməyiniz üçün qatıqlı reseplərinizdə mütləq istifadə edin.
5 möcüzəvi ot və faydaları
Əkin indausu (Roka)
Bu bitki insanı doyma hissi ilə təmin edir. Su nisbəti olduqca yüksək olduğu üçün maddələr mübadiləsini yaxşılaşdırır və sidik istehsalını asanlaşdırır. Cəfəri kimi bədəndəki şişi, qabarıqlığı aradan qaldırmağı da asanlaşdırır. 
Qış aylarında rahatlıqla pomidor və xiyarın yerinə roka salatından istifadə edə bilərsiz. Hətta bəzən lor pendiri və narla qatıb tək bir yemək olaraq belə yeyə bilərsiniz.
5 möcüzəvi ot və faydaları
Nanə 
Mədə və bağırsağımızın dostu olan bir tərəvəzdir. Həzmi asanlaşdırır. Gözəl qoxusu ilə insana təravətlik bəxş edir. Ağız içini təmizləmə xüsusiyyəti vardır, bakteriyaya və mikroba qarşı güclüdür. Nanə qurusunun çayı soyuq dəyməyə çox yaxşı təsir edir. 
Ara payda 1 stəkan qatığa və ya ayrana incə-incə doğrayaraq əlavə etsəniz, uzun müddət tox qaldığınızı görəcəksiniz.
5 möcüzəvi ot və faydaları
Acıtərə
Acıtərəni üzərinə limon sıxıb yeyə biləcəyiniz kimi salatlarınızda da istifadə edə bilərsiniz. Acıtərəli salatlarda qozdan da istifadə etsəniz, ayrı bir ləzzəti hiss edə bilərsiniz. Amma bir adama üç bütöv qozdan çoxunu qoymayın. Nə qədər tox qaldığınıza siz özünüz belə inana bilməyəcəksiniz.
20 avqust 2014
GO BACK