Sizlərə bu gün hamımızın çox yaxşı tanıdığı və sevdiyi şaftalıdan danışmaq istəyirəm. Şaftalı sağlamlıq və gözəllik eliksiridir. Bu meyvə hər birimiz üçün çox faydalıdır, çünki orqanizm onu çox gözəl mənimsəyir və immun sisteminə müsbət təsir göstərir. Şaftalı orqanizmdən toksinlərin azad olmasına şərait yaradır. Tərkibindəki unikal bioloji aktiv maddələr şaftalını yuxusuzluqdan əziyyət çəkənlər, başağrısı olanlar, zehni və fiziki yorğunluqdan, depressiyadan, ateroskleroz, ürək-damar xəstəlikləri, nəfəs yollarında problemi olanlar, qaraciyər, böyrək, anemiyalı xəstələr üçün əvəzsiz meyvə edir.
Şaftalı həzmi sürətləndirir və yaxşılaşdırır, faydalı komponentlərin hüceyrə divarından daxilə sovrulmasını təmin edir. Ağızdan pis iy gəldiyi zaman şaftalı yarpağı dəmləməsi ilə qarqara yaxşı nəticə verir. Şaftalının gül və yarpaqlarından ətirli çay da hazırlamaq mümkündür. O, sakitləşdirici təsirə malikdir, yuxusuzluq, sinir pozuntuları zamanı, baş ağrılarında, revmatizma, qastrid, enterit, böyrəklərin təmizlənməsi, qarın ağrısı və ishal zamanı istifadə olunur.
Şaftalının toxumları diatez-allergiya zamanı istifadə olunur, toxumlar yaxşıca qoyrulur və üyüdülür, azca su ilə qarışdırıb uşaqlarda olan səpkilərə sürtülür. Şaftalının yarpaqlarında və çiçəyində olan fitonsitlər sizin otağınızın havasını təmizləyə bilər.
Şaftalının faydalarını sadalasaq, böyük bir siyahı alınar, maraqlıdırsa, bu siyahıya sizinlə də birlikdə göz gəzdirək.
Şaftalı həzmi yaxşılaşdırır və bədənin tonusunu aradan qaldırır.
Şaftalının şirəsi dietik məhsul hesab olunur, xüsusilə də xəstələr və uşaqlar üçün.
Şaftalı yağı qiymətli formaseptik xüsusiyyətlidir və badam yağı ilə eyni səviyyədə yer alır. Ondan daxilə edilən ineksiya dərmanları üçün həlledici kimi istifadə edirlər. Həmçinin ondan qatı yağların hazırlanması zamanı da istifadə olunur.
Revmatizma və baş ağrısı zamanı şaftalı şirəsi və ya meyvədən hazırlanmıış həlimdən istifadə olunur.
Sidikqovucu kimi böyrək daşı xəstəliklərində meyvə və güllərindən istifadə olunur.
Şaftalı meyvəsi mədə vəzilərinin işini aktivləşdirir, yağlı və ağır qidaların həzmini yaxşılaşdırır, mədə bulantısının qarşısını alır.
Mədə xəstəlikləri zamanı turşuluğu azatmaq üçün yeməkdən 15-20 dəqiqə əvvəl 50 q şaftal şirəsi içmək məsləhət görülür.
Şaftalı yarpaqlarından hazırlanmış həlim ilə ishaldan və bağırsaq qazından azad olmaq olar.
Kişilərdə sidik kisəsinin iltihabı zamanı şaftalı yarpağı dəmləməsi ağrını azaldır.
Şaftalıda kifayət qədər kalium duzu olduğundan ürək problemləri olanlar və aritmiyadan əziyyət çəkənlərin bol-bol istifadəsi tövsiyə olunur.
Təzə şaftalı meyvəsi hemoqlobinin əmələ gəlməyini stimullaşdırır. Tərkibindəki həll olmuş dəmir anemiya zamanı faydalıdır.
Çəyirdəklərindən və ağacının qabığından hazırlanmış dəmləmələr hinduların və Amerikanın qaradərili bəzi tayfaların istifadə etdikləri hər dərdə dəva vastəsidir. Bu içki qızdırma, xroniki bronxit, astma, qrip və adi soyuqdəymə zamanı istifadə olunur.
150 q döyülmüş ağac qabığı və çəyirdək ovuntusunu 500 q alma sirkəsi ilə qarışdırıb ağzını örtüb 5 gün müddətində arada yüngülcə sirkələməklə isti yerdə saxlamaq lazımdır. 5 günün sonunda çox zəif odda 500 q məhsul qalana kimi qaynatmaq lazımdır. Sonra 250 q konyak əlavə edib ağzı bağlı saxlamaq lazımdır. Bu qarışığın tərkibində hidrosinilin turşusu var və ilk vaxtlar gün ərzində 2 x/q-dan çox qəbul etmək tövsiyə olunmur.
Qarışıq temperatur salan vasitə kimi də 4-5 saatdan bir 1 x/q qəbul edilir, qulaq ağrısı zamanı damcı kimi istifadə olunur.
Meyvənin tərkibi A, C və B qrup vitaminləri ilə zəngindir, xəstələrdə bədənin zəifləməsi hallarında çox kömək edir.
Çiban çıxmış yerə şaftalı yarpağı kompresi qoymaq faydalı olur. 8 eyni ölçülü yarpaq və bir neçə qabığı soyulmamış kartof dilimi üzərinə 70 q qaynar su tökülür və isti qarışıq yara yerinə qoyulur.
Eqzema zamanı şaftalı yarpağından hazırlanmış vanna kömək edir.
Diqqət!
Tərkibində yüksək dərəcədə şəkər olduğundan şəkərli diabet və piylənmə zamanı zərərli ola bilər.
Allergiya zamanı qida rasionunda olmamağı məsləhət görülür.