Qadin.NET / Dərman bitkilər

Dərman bitkilər

 

Kəklikotu.

Kəklikotu quru, daşlı kirəcli yerlərdə meşə çöl yamaclarında bitir.Kəklik otundan yeyinti və ətriyyat sənayesində əczacılıqda istifadə edilir. Yarpaqlarında efir yağı ,S vitamini var.Yarpağının duru ekstraktı və dəmləməsi bəlğəmgətirici vasitə kimi işlədilir.Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir. Ondan çaya ətir vermək ücün də istifadə edilir. Kəklikotunu qurudub ,narın döydükdən sonra çay kimi dəmləyir ,diş və boğaz ağrısında qarqara edirlər. 

 

Gicitkan.

Yolların kənarında kölgəli ,rütubətli meşələrdə ,hasarların ,çəpərlərin dibində bitir. Dalayıcı tükcükləri olur. Gicitkanın tərkibində S,K,B vitaminləri A provitamini olur.

Təbabətdə gicitkanın yarpaqları dəmləmə və quru ekstrakt halında bir sıra xəstəliklərin o cümlədən mədə bağırsaq xəstəliklərində ,daxili qanaxmalarda qankəsici ,bağırsaqların iltihabını aradan qaldıran dərman kimi ,habelə qanazlığında ,raxit ,sinqa xəstəliyində və s geniş istifadə edilir.Yarpaqlar dəri xəstəliklərində yarasağaldıcı vasitə kimi işlədilir.Gicitkandan kulinariyada qutab ,göyərti şorbası ,kükü hazırlayırlar.

Dərman bitkilər
 

 

15 fevral 2011
GO BACK