Bugün Ramazan ayının ilk günüdür. Hər birimiz bilirik ki, iftarda və ya sahurda mütləq xurma yeyilir. Xurma faydasına görə olduqca zəngin bir meyvədir. Dadlı olmaqla yanaşı sağlamlıq üçün də müsbət təsiri vardır. Təkcə Ramazan ayında deyil bütün aylarda xurma yemək lazımdır. Tədqiqatlara görə gün ərzində iki ədəd xurma yeməyin böyük faydası var. Ramazan ayında da ondan sonrakı aylarda da xurma yeyərək həm dadından zövq alın, həm də şəfa tapın.
Xurma xərçəngə qarşı
Tərkibindəki antioksidant, vitamin və minerallara görə xərçəngə qarşı güclü müdafiyə yaratmış olur. Beləliklə, hər gün iki ədəd xurma yeyən şəxsin xərçəng xəstəliyində tutulma riski qat-qat azalmış olur.
Hamiləlik boyunca xurma
Hamiləlik zamanı xurma yemək doğumu asanlaşdırır və bəzi deyimlərə görə doğumu tezləşdirir. Əlbəttə ki, xurmanı məhz faydasına və dadına görə yeyərək hamiləlik boyunca onun vitamin və minerallarından faydalana bilərsiniz.
Doğumdan sonra xurma
Hamiləlik boyunca dadından faydalandığınız xurmadan doğumdan sonra da yararlana bilərsiniz. Axı xurma süd artırma təsirinə malikdir. Ana südünün tərkibini də zənginləşdirir. Eyni zamanda doğum yaralarının daha tez sağalmasına kömək edir.
Şəkərli diabet xəstələri üçün xurma
Xurma qanda şəkərin miqdarını tənzimləyir və bu vəziyyətdə qalmasına köməkçi olur.
Ürək-damar və təzyiq xəstələrinə xurma
Ürək-damar və təzyiq xəstələrinin natriuma olan bir günlük ehtiyacını məhz xurma qarşıladığı üçün əvəzsizdir.
Allergiyada xurma
Xurma allergiyalı şəxslərə, xüsusən də allergiyanın təsirindən yaranan göz və burun problemlərində xüsusi faydaya sahibdir.
Artıq çəki və xurma
Adətən pəhriz saxlayan şəxslər üçün mədəni tox tutmaq çətin olur. Məhz xurma yeyərək özünüzü tox hiss edəcəksiniz və beləliklə, artıq çəkilərinizdən sağlam şəkildə azad olacaqsınız.